Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub

  • Tarix: 17.04.2018, 15:30,
  • Bölmə: Manşet
  • Baxılıb: 542
Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub
Naxcivanxeberleri.com xəbər verir ki, “Caspian European Club”un elan etdiyi illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının birinci yerə çıxması ilə əlaqədar dərc edilmiş “Caspian Enerji” jurnalının təqdimat mərasimində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov çıxış edib. Qeyd edək ki, təqdimat mərasimində Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərova Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin Sədri olduğu “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub. Daimi nümayəndəliyin rəhbərinin çıxışını təqdim edirik:

Təqdimat mərasiminin hörmətli iştirakçıları!

Hörmətli səfirlər, xanımlar və cənablar!

“Caspian European Club” tərəfindən Naxçıvan Muxtar Respublikası 2017-ci ilin iqtisadi göstəricilərinə görə investisiya reytinqində ilk yeri tutmuşdur. Göstərilən diqqət və etimada görə “Caspian European Club”un rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə muxtar respublika əhalisinin minnətdarlığını çatdırırıq.

Bu gün “Caspian Enerji” jurnalının muxtar respublikaya həsr olunan, eyni zamanda ingilis və rus dillərində nəşr edilən xüsusi nömrəsinin təqdimatına toplaşmışıq. Jurnalın yaradıcı kollektivinə, bu işdə zəhməti olanların hamısına təşəkkürümüzü bildiririk.

İnvestisiya reytinqi üzrə Naxçıvan Muxtar Respublikasının ölkəmizdə 1-ci yerə çıxması ilə bağlı 23 yanvar 2018-ci il tarixdə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində tədbir keçirilmiş, müvafiq sertifikat və sənədlər təqdim edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər Naxçıvan Muxtar Respublikasında da yüksək səviyyədə icra olunmuşdur. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elmi-mədəni, quruculuq-abadlıq, sənaye və kənd təsərrüfatı sahələrində, nəqliyyat və rabitə, infrastruktur və turizm, eyni zamanda, ordu quruculuğunda, məhsul istehsalının artımı və əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Qazanılan nailiyyətlər muxtar respublikanın iqtisadi potensialını xeyli artırmışdır.

“Caspian Enerji” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunan xüsusi nömrəsində Naxçıvan məhsullarının müxtəlifliyi və yüksək keyfiyyəti, həmçinin muxtar respublikada iqtisadiyyatın inkişafı üçün göstərilən səylər öz əksini tapıb. Sənaye məhsullarının çeşidlərinin davamlı artırılması prosesi illər üzrə göstəlilib, iqtisadiyyatın bütün sahələri üzrə dövlət və özəl sektorda qazanılmış uğurlar sxemlərlə, diaqram göstəriciləri ilə verilib. Azərbaycanın regionlarının inkişafına uzunmüddətli investisiyaların cəlbi üçün əlavə təkan verə biləcək, potensial partnyorların, həmçinin Naxçıvanda istehsal olunan məhsul və xidmətlərlə bağlı məqalə və müsahibələrə də geniş yer verilib. Aparıcı ekspertlərin analitik material və xülasələrinin də bu jurnalda çap olunduğunu nəzərə alsaq, Naxçıvana həsr olunmuş xüsusi nömrənin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha görərik.

Burada Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin səfirlərinin, onların nümayəndələrinin iştirakını nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəricilərinə qisa nəzər yetirmək istərdim. Qeyd edim ki, “Caspian Enerji” jurnalına müsahibələri zamanı bir çox xarici ölkənin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını xüsusi qeyd etmiş, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinə, həmçinin yeni texnologiyaların tətbiqinə və turizmin inkişafına xüsusi diqqət göstərildiyini yüksək qiymətləndirmişlər.

Müstəqillik illərində muxtar respublikamızda iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam etmişdir. Bu müddət ərzində bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 45,4 dəfə, sənaye məhsulu istehsalı 105,9 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 11,8 dəfə artmışdır. Hazırda muxtar respublikada 372 növdə məhsulun istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olmuşdur.

Muxtar respublikada aqrar sektorda istehsalın keyfiyyətli və səmərəli təşkili, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ərzaq təhlükəsizliyi təminatında mühüm rola malikdir. Yaranmış sabitlik, əldə olunmuş nailiyyətlər tikinti-quraşdırma və abadlıq işlərinin aparılmasına şərait yaratmış, ümumilikdə son illər ərzində muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilmiş, 12 min 75 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Davamlı iqtisadi və sosial inkişafın daha bir mühüm göstəricisi enerji təminatıdır. Elektro­energetika sahəsində də aparılan kompleks tədbirlər nəticəsində ciddi uğurlar qazanılmış, Naxçıvanın əlverişli iqlimi və coğrafi şəraiti alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Muxtar respublikamızda ilk dəfə olaraq 22 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, alternativ və bərpaolunan enerji mənbələri üzrə işləyən elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 60 faizini təşkil etməkdədir ki, bu da regionda və dünyada mühüm göstərici hesab edilir.

2005-ci ilin sonundan başlayaraq muxtar respublikada qaz infrastrukturunun yenidənqurulması nəticəsində əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı 100 faiz başa çatdırılmış, muxtar respublikada müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılmış, bu sahənin davamlı inkişafı təmin olunmuşdur.

Muxtar respublikada istehsal olunan ixracpotensiallı yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları Türkiyə, Rusiya, Latviya, Ukrayna, Qazaxıstan, Çin, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İran və İraq kimi ölkələrə ixrac edilir.

Muxtar respublikada turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, məqsədyönlü tədbirlər turizmin dinamik inkişafına geniş imkanlar yaratmışdır. Təkcə 2017-ci ildə muxtar respublikamıza xarici ölkələrdən 410 mindən çox turist gəlmişdir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən işlər, gerçəkləşdirilən hər bir layihə, salınan yollar, tikilən binalar, çəkilən su kəmərləri, bütövlükdə inkişaf etdirilən iqtisadiyyat, diqqətdə saxlanılan insan amili strateji istiqamətləri əhatə etməklə yanaşı həm də milli iqtisadi inkişafa böyük töhfədir.

Bütün bu uğurlar da Naxçıvan Muxtar Respublikasının 2017-ci il üzrə illik investisiya reytinqində ilk yeri tutmasına səbəb olmuşdur.

Təqdimat mərasiminin hörmətli iştirakçıları!

“Caspian Enerji” jurnalının təqdimatı keçirilən xüsusi nömrəsinin faydalı olacağına dərin inamla bir daha yaradıcı kollektivinə təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Diqqətinizə görə sağ olun!

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV