• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

Tanınmış şair işdən çıxmaq üçün ərizə yazdı

  • Tarix: 25.04.2018, 16:00,
  • Bölmə: Manşet
  • Baxılıb: 5483
Tanınmış şair işdən çıxmaq üçün ərizə yazdı
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb.Maxe.az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, yeni nazirin ilk qərarı ilə Aparat rəhbəri Əjdər Cəbiyev vəzifəsindən kənarlaşdırılıb. Belə ki, artıq Ə.Cəbiyev ərizəsini yazaraq işdən ayrılıb. Yaxın günlərdə onunla bağlı əmrin veriləcəyi də qeyd olunur.

Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Görünür, yeni nazir "təmizləmə əməliyyatı"na aparat rəhbərindən başlamaqla ciddi islahatlar həyata keçirəcəyinin anonsunu verib.

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Nazir S.Babayevin yaxın vaxtlarda onlarla bağlı da qəti qərar verəcəyi gözlənilir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV