• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

"Ümudlə gəl" ümidləri doğruldur

  • Tarix: 07.05.2018, 20:45,
  • Bölmə: Manşet
  • Baxılıb: 5878
"Ümudlə gəl" ümidləri doğruldur Hər həftənin cümə günü saat 20:00-da Lider Tv-nin efirində yayımlanan "Ümidlə gəl" tok-şousu bu həftədəki buraxlışına layihə rəhbəri və verlişin aparıcısı Hacı Quliyevin tamaşaçılarla salamlaşmasından sonar proqram tibb üzrə ekspert Nüşabə Səlimovanın açıqlaması ilə başlayıb. O, qeyd edib ki, keçən verlişlərdən bizə müraciət edən xəstələri Gənclik metrosunun yaxınlığında yerləşən Uşaq Bərpa Mərkəzinə yerləşdirdik. Fürsətədən istifadə edib mərkəzin əməkdaşı Cəmilə xanıma təşəkkür edirəm dəstək olduğu üçün. Bir də bizim Əbülfəz Qarayev adına Uşaq Burun və Boğaz klinikamız var ki, keçən həftə 3 uşağımız orada müayinədən keçdi. İkisi müalicə üçün evə buraxıldı, biri isə müalicə olunur, əməliyyat olunacaq.

Bizə dəri xəstəlikləri ilə bağlı bir neçə müraciət olunmuşdu.1 saylı Şəhər Dəri -Zöhrəvi disbanserinə müraciət etdik.Disbanserin baş həkimi Rəşad İsmayılov bizim göndərdiyimiz uşaqları şəxsən özü müayinə etdi. Hazırda bizə müraciət edən xəstələr orada müayinədən keçib müalicə alırlar.

İflic xəstəliyi olan uşaqlar isə bərpa mərkəzlərinə yerləşdirilir. Növbəti həftə isə Nevroxirurgiyada Bəhruz həkimin iştirakı ilə ağır bir əməliyyatımız keçiriləcək.

Hacı Quliyev studiyada əyləşən ekspertləri salamlayıb Yardımlıdan “Ümidlə gəl”in qonağı,onurğa iflicindən əziyyət çəkən Firuzə haqqında hazırlanan sujetə tamaşaçıları baxmağa dəvət edib :

Firuzə haqqında hazırlanan sujetdə onun 2013-cü ilin oktyabr ayının avtomobil qəzasında aldığı zərbədən bu xəsətliyə düçar olduğu bildirilir. 4 ildən artıq müalicə alan Firuzənin ailəsinin maddi imkanı olmadığından səhhətindəki problemlər ağırlaşmaqdadı.

Verlişdə ekspert qismində iştirak edən Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, professor Maarifə Hacıyeva, Millət Vəkili Xanhüseyn Kazımlı fikir və tövsüyələrini bildirməklə bərabər həm də xeyirxah insanlara, “Hippokrat Andı”na sadiq həkimlərə səslənərək Firuzəyə kömək etmələrini xahiş ediblər.

Daha sonara aparıcı Hacı Quliyev Firuzə haqqında efirə gedən anonsları izləyən “Allyans” Klinikası onun müayinə və müalicələrini öz üzərinə götürdüyünü bildirib. “Allyans” Klinikası əməkdaşı doktor Figen Qazi söz alaraq Firuzənin xəstəliyi haqqında fikirlərini bölüşüb.

“Ümidlə gəl”ə gələnlər arasında avtomobil qəzasında xəsarət alan 20 ilin xəstəsi Rövşən də var idi. Studiyada tamaşaçılara, imkanlı şəxslərə müraciət edən Rövşənin valideyinləri övladlarının müalicəsi üçün kömək istəyiblər.

“Ümid gəl”in xeyirxah bir layihə olmasına baxmayaraq, bəzi media orqanları arasında , reket jurnalistlər tərəfindən bizi şantaj edənlər də var - bu fikirləri layihənin rəhbəri eyni zamanda tok-şounun aparıcısı Hacı Quliyev bildirib.

Analoq.az saytının əməkdaşı İlqar İsmayılov isə “Ümidlə gəl”in xeyirxah bir proqram olması, cəmiyyətdə yaratdığı müsbət ajartajı, şəffaflığı yüksək qiymətləndirib və hər zaman göyçə.az saytının “Ümidlə gəl”ə informasiya dəstəyi olacağını bildirib.

“Ümidlə gəl” proqramına dəstək olmaq istəyən xeyriyyəçi, xeyirxah şəxslərə bildiririk ki, fiziki qüsuru olan insanlara kömək etmək üçün layihənin qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. 050 572 79 38

Xatırladaq ki, "Ümidlə gəl" tok-şousunun informasiya dəstəyi Analoq.az saytıdır.


"Ümudlə gəl" ümidləri doğruldur
"Ümudlə gəl" ümidləri doğruldur
"Ümudlə gəl" ümidləri doğruldur
"Ümudlə gəl" ümidləri doğruldurскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV