DYP rəisi həkimlərə və iş adamlarına 500 manat haqq qoyub-Ağstafadan prezidentə şikayət ünvanlandı » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

DYP rəisi həkimlərə və iş adamlarına 500 manat haqq qoyub-Ağstafadan prezidentə şikayət ünvanlandı

  • Tarix: 05.06.2018, 23:28,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5399
DYP rəisi həkimlərə və iş adamlarına 500 manat haqq qoyub-Ağstafadan prezidentə şikayət ünvanlandı DYP rəisi həkimlərə və iş adamlarına 500 manat haqq qoyub-Ağstafadan prezidentə şikayət ünvanlandı
Ağstafa şəhərində həkim işləyən Mahir Yusubov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə pezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Mənim şikayətim Ağstafa rayon Dövlət Yol Polis İdarəsinin Ağstafa şəhərinin rəisi Ramin Bağırovdandır. Bağırov Ramin bütün Ağstafada dövlət işində işləyən şəxsləri potentə otuzdurub. Belə ki, Ağstafa şəhərində rahat avtomobil idarə etmək üçün Ramin Bağırova 500 AZN hörmət etməlisən. Əks halda şərlənərək və ya başqa bir üsullu zərər veriləcək. Mənim tanıdığım çoxlu sayda həkim və digər şəxslər artıq Ramin Bağırovun pulunu veriblər. Növbə mənə çatanda şəxsən Ramin Bağırov öz şəxsi kabinetində məndən 500 manat pul istədi. Mən ona bildirdim ki, mən içki içmirəm, qaydalara da riayət edirəm, nəyə görə heçnədən 500 manat pul verməliyəm?! O isə mənə hədə-qorxu gəldi ki, onda sən daha çox xərcə düşəcəksən.

Sonra bir yoldaşın məsləhətiylə mən Ramin Bağırovun şəxsən özünə onun xidməti iş otağında 250 AZN pul verdim. Ramin Bağırov pulu məndən götürdü, lakin məbləğin qalanını da düzəltməyi tələb etdi. Mənim isə maddi sıxıntılarım olduğu üçün, sonradan Ramin Bağırovun qalan pulunu çatdıra bilmədim.

Ramin Bağırov tabeçiliyində olan şəxslərin vasitəsiylə dəfələrlə mənə söz göndərdi ki, onun qalan haqqını çatdırım. Mən onun haqqını çatdırmadığım üçün Ramin Bağırov mənimlə prinsipə düşdü. Onun tapşırığıyla mənim maşınımı izləməyə başladılar. Hər addımda saxlayıb, məndə qanun pozuntusu tapmağa çalışırdılar. Məni tanıyan bir neçə yol polisi gizlincə bildirdi ki, Ramin Bağırovun tapşırığı var ki, məni ilişdirsinlər.

Cənab Prezident!

Mən səhhətimlə bağlı nə içki içmirəm, nə də digər qanun pozuntularına yol vermirəm. 2018-ci ilin fevralın 4-də bazar günü mən Ağstafadan evə gedərkən Ramin Bağırov mənim maşın idarə etdiyimi gördü və yol polislərinə tapşırıq verdi ki, maşınımı saxlasınlar. Həmin gün Ramin Bağırovla bir yerdə işləmiş Məmmədov Rövşən Malik oğlu məni saxlatdırdı. Həmin Rövşən Məmmədov mən içkili olmadığım halda, Ramin Bağırovun sifarişiylə saxta protokol tərtib etmişdir. Həkim müayinəsi aparılmadan mənim içkili olmağım barədə tərtib olunan həmin protokol tam qanunsuzdur və birbaşa Ramin Bağırovun sifarişiylə olduğunu çox yaxşı bilirəm.

Bu məsələ ilə bağlı Qazax rayon Məhkəməsinə şikayət etdim. Qazax rayon Məhkəməsi Ramin Bağırovun tapşırığıyla əsassız və araşdırılmadan həmin protokolun düzgün hesab etdi. Mən həmin qərardan apellyasiya şikayəti verdim. Gəncə Apellyasiya Məhkəməsi Qazax rayon Məhkəməsinin qərarını ləğv etdi və işə yenidən ədalətli baxılması üçün Qazax məhkəməsinə göndərdi.

Hörmətli Prezident!

Bir həkim kimi Ramin Bağırovun əməlini heç cür anlaya bilmirəm. Ramin Bağırovun həm də Sizin korrupsiya və rüşvətxorluğa qarşı apardığınız siyasətə kobud şəkildə qarşı çıxması Ağstafalılar tərəfindən birmənalı qarşılanmır.

Mənim yazdıqlarımın hamısı həqiqətdir. Bunu Ağstafada bütün hıkimlər və iş adamları təsdiq edə bilər. Xahiş edirəm, Ramin Bağırovun Ağstafada etdiyi qanunsuz əməllərə son qoyulsun”.

KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV