Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə

Elmar Vəliyev mömin, dindar ailədəndir, Allaha inanır – Siyavuş Novruzov

6-07-2018, 13:38 | 9402 dəfə baxılıb.

İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova sui-qəsd edilməsi ölkə gündəminin əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, cinayəti törədən – 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Ötən gün Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır: “Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki Elmar dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur.

Onun Elmarla heç bir şəxsi ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı…

Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb… Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun…”

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında səslənən iddiaları təkzib etdi: “Birincisi, Taleh Bağırzadənin ora nə aidiyyəti var?

Taleh Bağırzadə Gəncədən deyil. Onun törətdiyi cinayətlər Nardaranda baş verib və burada da həbs olunub. Belə olan təqdirdə onun Gəncəyə nə aidiyyəti var? İkinci bir tərəfdən, Gəncədə İmamzadənin bərpasını Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım Əliyevanın, cənab prezidentin təşəbbüsü ilə bərpa olundu. Özü də heç yerdə olmayan şəkildə bərpa olunub.

Əgər İmam Hüseynə münasibət pis idisə, heç bu məsələ qaldırılmazdı və ən yüksək səviyyədə bərpa olunub vətəndaşlarımızın ixtiyarına verilməzdi. Hər Aşura günlərində ora yüz minlərlə insanlar ziyarətə gəlir, mərasimdə iştirak edirlər. Onların hamısı üçün şərait yaradılır və təhlükəsizlikləri təmin olunur. Digər tərəfdən də Gəncədə bütün məscidlər, mədrəsələr bərpa olunub, xalqın sərəncamına verilib”.

YAP-çı komitə sədri qeyd etdi ki, ümumiyyətlə, E.Vəliyevin rəhbərliyi ilə Gəncədə şəhərin adına layiq işlər görülüb: “Bu gün Gəncənin hansı guşəsinə baxsan, orda görülən işlərin şahidi olmaq olar. Təbii ki, bunu gözü götürməyənlər var. Yoxsa burada hər hansı bir dini, yaxud məzhəb məsələsi ilə əlaqələndirmək olmaz, qəti şəkildə bu, düzgün deyil.

Təkcə İmamzadənin bərpası səslənən iddialara cavabdır. Bəlkə də yaxın ölkələrdə belə bir kompleks mövcud deyil. İmam Rza məqbərəsindən sonra ən öndə gedən məqbərələrdən birinə çevrilib. İmama münasibət budur. Onu da qeyd edim ki, hər bir şəxs kimi Elmar Vəliyev də Allaha inanır. Bir var qatı şəkildə dindar olasan, dini ritualları yerinə yetirəsən, bir də var hər bir şəxsin qəlbində haqq, ədalət, Allah sevgisi var.

Azərbaycan dünyəvi dövlətdir, dini dövlət deyil. Bunlar həmişə mömin, dindar ailə olub. Qatı mövhumatçı yox, dindar ailə olublar. Ona qarşı deyilən məsələlərin hamısı yalandır, böhtandır, təxribatdır. Kimsə internet vasitəsilə belə bir iddia ilə çıxış edib. Bunlar hamısı təxribatın nəticəsidir”.

S.Novruzov səslənən iddianı təxribat hesab etdiyini vurğuladı: “Bu, hansısa qüvvələrin, yaxud ölkənin təxribat qrupunun ortaya atdığı iddiadır. O baxımdan da bu, Azərbaycandakı tolerantlığa qarşı qoyulan məsələ, atılan addımdır. Şübhə yoxdur ki, bu kimi cəhdlərlə Azərbaycanı qarışdırmaq istəyirlər. Hazırda istintaq işi gedir və bütün məsələlər üzə çıxarılacaq”.

S.Novruzov E.Vəliyevə qarşı sui-qəsddə dini amilin birmənalı olaraq kənara qoyulmasını zəruri saydı: “Burada dini amildən söhbət gedə bilməz. Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir.

Bu günə qədər Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb. Bu günə qədər Azərbaycanda müəyyən qüvvələr qeyri-qanuni hansısa dini cərəyanlarda fəaliyyət göstəriblər, onlar da qanun qarşısında cavab veriblər. Hesab edirəm ki, Azərbaycanda bütün dinlərin fəaliyyət göstərməsi üçün hər cür şərait var.

Cənab prezident də bu yaxınlarda kifayət qədər vəsait ayırdı. Azərbaycanda dini universitet açıldı. Özü də tək İslam dini ilə bağlı deyil, həm də digər dinlərlə bağlı olan şəxslər orda təhsil alacaqlar. O cümlədən bütün məscidlər, mədrəsələr bərpa olunub. Şamaxıda ən qədim məscid bərpa olunub. Yəni Azərbaycanda dini məsələ ilə bağlı problem yoxdur. Bunu süni şəkildə ölkəmizə yeritmək istəyənlər çox səhv yoldadırlar. Çünki Azərbaycan xalqı kifayət qədər savadlı, təhsilli xalqdır və hər şeyi yaxşı başa düşür, görür”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Silahlı hücuma məruz qalan İcra Başçısı səhhətiylə bağlı açıqlama verdi-Yazılanlar yalandır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Hüquq / Manşet / #Kriminal

Polis İdarəsinin rəhbərliyi döyüldü

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının