Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama

  • Tarix: 17.07.2018, 10:30,
  • Bölmə: Manşet
  • Baxılıb: 5328
Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama Sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir-Deputatdan açıqlama
“Azərbaycanda sosial şəbəkələrə nəzarət edilməlidir. Çünki Azərbaycanı istəməyən qüvvələr sosial şəbəkələr üzərindən təxribat yaratmaq və dövlət əleyhinə radikal çağırışlar etməyə cəhdlər edirlər”.Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib.Deputat deyib ki, Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti insanlarda sui-istifadəyə səbəb olmamalıdır:

“Hər kəs öz əməlinə məsuliyyətlə yanaşmalıdır. Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır. Azərbaycan hüquqi dövlətdir.

Cənab prezident ölkədə demokratik şərait üçün bütün imkanları yaradırsa, sosial şəbəkələrdə insanlar öz fikirlərini azad deyə bilirsə, bu o demək deyil ki, bəzi adamlar bundan sui-istifadə edib dövlət əleyhinə terror və radikal çağırışlar etməlidir.

Bunun üçün də mütləq sosial şəbəkələrə nəzarət olmalıdır. Mən bu fikrimi əvvəllər də demişəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələri nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, hər sahəyə nəzarət olmalıdır”.

R.Xəlilov əlavə edib ki, Azərbaycanda sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV