Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı



Sabunçu rayonu,Bakıxanov qəsəbəbəsi, Mehmandarov 1 küçəsində yaşayan sakinlər qarşılaşdıqları problemlə bağlı Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya,Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə, Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova şikayət ünvanlayıblar.Analoq.az həmin şikayəti olduğu kimi təqdim edir:



Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya


Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə

Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova


Bakıxanov qəs. Mehmandarov 1 küçəsinin sakinləri adından


ƏRİZƏ

Yazıb Sizə bildiririk ki, Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, Mehmandarov 1 küçəsi "Can" Marketlə üzbəüz olan piyada yolundan uzun illərdir ki, istifadə edirdik.Həmin piyada keçidindən hər gün minlərlə sakin istifadə edir.Bir neçə il bundan qabaq Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin razılığı olmadan piyada yolunun yeri dəyişdirilərək 50 metr aralıya,yol ayrıcına çəkilmişdir.Piyada yolu əsassız olaraq dəmir mühəccirlərlə bağlanmışdır.

Bununla bağlı sakinlər tərəfindən dəfələrlə şikayət edilmiş lakin,piyada yolunun bir girişi açılmış,digər girişi isə hələ də açılmamışdır.

Piyadaların həmin keçiddən keçib getməsi təhlükə altındadır. Bir növü biz burada terror altındayıq. Hər an həyatımız təhlükədədir.Çünki həmin keçiddə dörd hissədən avtomobil gəlir.Orada avtobus dayanacağı olduğu üçün piyadalar məcbur qalıb avtobusun arxasından sürətlə gələn avtomobilləri görmürlər.Uşaqlarımız hər an təhlükə ilə qarşılaşırlar.

Ona görə də sizdən xahiş edirik, sözügedən hadisəylə əlaqədar sakinlərin ölümünə, təhkükəsinə səbəb olan məmurlar işlərində göstərdikləri səhlənkarlığa görə məsuliyyətə cəlb edilsin. Qeyd edilən hadisə birbaşa ictimai təhlükə yaradır. Müraciətimizlə bağlı tədbir görülməsini sakinlər adından sizdən xahiş edirik

Hörmətlə

1. Şeydabəyova Zeynəb Həsənağa qızı
2. Əliyev Namzar Şəmistan oğlu
3. Əliyeva Natela Əsgər qızı
4. Əliyeva Fəridə Şəmistan qızı
5.Məmmədov Nəbi Ramal oğlu
6.Cavadova Elvina Asif qızı
7.Yavərli Orxan Azər oğlu
8.Əhmədova Elnarə Kamil qızı
9. Demir Mevlüt Yusuf oğlu
10.Mustafayeva Nana Komandan qızı
11.Mustafayeva Şövkət Komandan qızı
12. Mehdiyeva Mətanət Mehdiqulu qızı
13. Məmmədova Təqibə Bahadur qızı
14. İsayeva Gülşən Yasin qızı
15.Sarıyeva Ülviyyə Ramis qızı
16.Əsədullayev Həsən Əmirmirzə oğlu
17. Məhəmmədova Təngəv Məhəmməd qızı
18. Abbasova Maya Fizuli qızı
19.Haqverdov Zülfüqar Ənvəroğlu
20.Yusifova Aynur Yaşar qızı
21.Sadıqov Vüqar Qabil oğlu

Əlaqə:
055-812 85 86
055-794 95 95






скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia Low Risk Of Side Effects 500 Milligrams Keflex canadian pharmacy cialis Amoxil Mrsa Isotret