Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə

Razi Nurullayev: "Xalq onun kimi siyasətçiləri qəbul edə bilməz, eləmir də"

25-09-2018, 00:56 | 7922 dəfə baxılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Prezidentliyə sabiq namizəd Razi Nurullayev Analoq.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

-Razi bəy xoş gördük sizi.İlk öncə bu görüşə şərait yaratdığınız üçün təşəkkür edirəm.

-Buyurun.Xoşdur.

-Bildiyim qədər bu yay məzuniyyətə çıxmadınız.

-Bəli, məzuniyyətə çıxmamışam. Müalicə ilə bağlı iyun ayında 10 gün müddətinə ölkədən kənarda oldum.Bunu nəzərə almasaq hər gün işdəyəm.
Bir də ki hal-hazırda cəmiyyətimizin, xalqımızın əhval-ruhiyyəsi elədir ki, istirahət edənə də yaxşı münasibət göstərmir, bu cəhətdən də özümü xalqdan ayırmaq istəmirəm. Hər kəsin istirahət eləmək imkanı yoxdur, xalq bizi düzgün başa düşməz. Axı biz xalqa siyasətçi kimi düzlükdən, əqidədən danışırıq, həyatımızın onların həyatından fərqlənmədiyini deyirik. Doğrudur, hər kəsin istirahət hüququ var, lakin əfsuslar olsun ki, Azərbaycanda istirahət hüququ düzgün qurulmayıb, həmkarlar ittifaqları əhalini istirahət göndərə də bilmir. Bəlkə də işlər düzgün formalaşdırılmayıb. Bütün işləyən insanlar üçün, o cümlədən təqaüdçülərdən tutmuş, gənclər, tələbələr üçün sosial güzəşt olmalıdır. Onlar dövlət hesabına və yaxud müəyyən faizi ödənilməklə istirahət və ya müalicə mərkəzlərinə, sanatoriyalara göndərilməlidirlər. Əfsuslar ki, bu yoxdur və belə bir imkan olsa idi, mən də bu imtiyazlardan məmnuniyyətlə istifadə edərdim.

-Prezident seçkilərdən sonra bir az dincəlməyə dəyərdi...

-Təbii ki, prezident seçkilərində gərginlik və stres içində qalmalı olduq.

-Yəni ondan sonra da iş başındasınız.

-Prezident seçkilərində iştirak etmək, o prosesi keçmək həm ağır psixoloji, həm də mənəvi yükdür, eyni zamanda çox böyük bir məsuliyyətdir. Ümumiyyətlə, seçkidən çıxandan sonra insan elə bir vəziyyətə düşür ki, sanki harada olduğunu dərk edə bilmir. Xalq dilində esək, başını itirir və seçkidən sonra artıq başımı itirmiş, çox gərgin bir vəziyyətdə idim. Əsəblərim demək olar ki, oyaq idi və elə bir vəziyyət düşmüşdüm ki, hər kəsi acılamağa hazır idim.

Onun üçün də insanlardan, daha çox da qohum-əqrəbadan bir az kənar gəzməyə çalışdım, çünki cavabsız suallar çox idi. Bu, bütün siyasətçilərin başına gəlir.İndi normal bir vəziyyətdəyəm, amma işimiz çoxdur. Özü də bu məsuliyyəti dərk edərək iş başındayam və düşünürəm ki, xalqın bizə verdiyi limit də tükənməkdədir və nəsə etmək lazımdır.

Bunu özümüz edə bilməsək də, kiməsə kömək etmək lazımdır ki, o nəsə etsin. Hakimiyyətə,İlham Əliyevə kömək etmək lazımdırsa, onu da edək ki, Azərbaycanda normal bir sosial vəziyyət yaransın. İnsanların yaşayışı, rifahı yüksəlsin, iş yerləri açılsın. Bunları deməklə bərabər, gücümüzə və nələrsə edib müsbət dəyişiklik gətirə biləcəymizə də çox inanıram.

- Seçkidə iştirakınızı necə dəyərləndirirsiniz.Uğur yoxsa təcrübə?

-Hər ikisi. Uğur deyəndə bu, bəlkə də, bizim partiyamız, üzvlərimiz üçün uğur sayıla bilər ki, müəyyən mənada biz müstəqil siyasətə atıldığımızın 3-cü ilində prezidentliyə namizəd ola bildik. Amma elə partiyalar var ki, 20 ildir, 30 ildir siyasətdədir, amma namizədlik məqamına belə çata bilməyiblər. 2-ci isə müəyyən təcrübə, dostlar qazandıq.Seçki təcrübəsi qazanmaq balaca bir məsələ deyil. Kifayət qədər partiyamızı tanıda bildik.Bir siyasətçi kimi mən özüm tanındım və bunu da gələcək perspektiv, gələcək fəaliyyətimiz, planlarımız üçün uğur kimi dəyərləndirmək olar.

-Bəzi idarə, müəssisə, təşkilat rəhbərləri var ki, onlarla görüşmək çətindir. Amma mən dəfələrlə fikir vermişəm ki, Sizin iş otağınız açıq qapıdır, yəni hər kəs gəlib sizinlə görüşə bilər.Eyni zamanda sizə etimad göstərən insanlar da öz problemlərini sizə çatdıra bilir.Bu nədən irəli gəlir?

- Bu ailədə aldığım tərbiyədən irəli gəlir.Mən həm də açıq təbiətli insanam. Hətta bir insana kömək edə bilmiriksə, ən azından onu dinləmək mədəniyyətinə malik olmalıyıq.Bir siyasətçi,vəzifəli şəxs kimi. Mən də bir siyasətçi kimi ən azından insanları dinləmək səbrini özümdə tərbiyə edə bilmşəm.

Qapım hər zaman açıqdır, bəzən heç qapımı döymədən içəri daxil olanları da böyük məmuniyyətlə dinləyirəm, kömək edə bilərəmsə, kömək edirəm. Hər bir dövlət qulluqçusunun da qapısı açıq olmalıdır. Mən xarici ölkələrdə çox olmuşam. Xarici ölkələrdə məmurların qapısı xalq üçün açıqdır. Onlar xalqla öz aralarında baryer çəkmirlər. Amma Azərbaycan məmurları xalqla öz aralarında böyük bir baryer çəkiblər, telefona cavab vermirlər, insanları qapılarında gözlətdirirlər.Mən bu nümunəyə, bu davranışa nifrət edirəm. Bütün zamanlar bunu tənqid etmişəm.

6-7 il bundan qabaq bir bələdiyyə sədrinin qəbuluna getmişdim.30 saniyə belə gözləmədən qapını açıb içəri girdim.Bələdiyyə sədri kobudluq eləmək istədi, yerinə otuzdurdum.Axırda ona üzr də istətdirdim.Belə demək olar ki, mənəvi və psixolji cəhətdən onu məhv elədim. Əgər bir bələdiyyə sədri insanlarla padşah kimi davranırsa, o cəmiyyət inkişaf eləyə bilməz. Bu baxımdan mən o cür məmur, siyasətçi olmaq istəməzdim.O cür vəzifəli şəxs də olmaram. Hakimiyyətdə olanda da, partiyam hakimiyyətə gələndə də, bu gün necəyəmsə o cür də qalacam. Çünki, bu təbiətimdə, qanımdadır.

-Qəbul otağınız çox sadədir.Heç 2-3 köməkçiniz də yoxdur

- Cah-cəlalın, dünya malının həvəskarı deyiləm. Həm həyatım, həm də yeməyim sadədir. Həftələrlə ac qala bilərəm, çox az miqdarda yeyirəm. Şükür Allaha, gözüm də toxdur. Sağlam qidalanmanın, sağlam yaşam tərzinin tərəfdarıyam.Hesab edirəm ki, cah-cəlal təntənə insanı boğur.Bu da Allaha xoş getməz. Bu nümunəni öz həyatımda, öz ailəmdə yaratmışam. 47 yaşım var.Bu cür yaşayıb davam edirəmsə, bundan sonra da bu cür olacam. Bir nümunə deyim ki, yas məclislərinin verilməsinin tərəfdarı deyiləm.Anam rəhmətə gedəndə bütün təzyiqlərə baxmayaraq 3 və 7 mərasimlərinin keçirilməsinin əlehinə oldum.3 və 7 mərasimini birləşdirib İmişlidə sadə yas məclisi qurdum.Qohum-əqrəbanın tənəsi olmasa, çay və yeməyi ancaq uzaqdan gələnlərə təklif edirdim. Yasa xərclənən vəsaitlə bir kənd yolunu hamarlatdırardım, çınqıl tökdürərdim.Bu üsulla mən valideynimə daha çox rəhmət qazandırıram. Hər dəfə o yol ilə gedənlər anama rəhmət oxuyar.Mən yas məclislərinin ləğvinin tərəfdarıyam.

Bu yaxınlarda da atam rəhmətə getdi. Masallı rayonunda yaşayırdı.Atam üçün də sadə bir yas məclisi qurdum. 3-7 mərasimlərini yenə birləşdirdim. Masallıda yaşayan qohumlarımın arasında da etiraz edənlər çox oldu. Bütün kənd camaatına dedim ki, qardaşlarımın atamın yas məclisini dalbadal bir neçə gün verməyə imkanları olsa da, bundan imtina edir və biz bir nümunə yaradırıq. Əvəzində isə kəndin yollarından birini hamarlatdırıb, çınqıl tökdürürük.Qışda o keçilməz yoldan keçənlər atama rəhmət oxuyacaqlar.

Şükürlər olsun ki, sağlıqlarında ata və anamızın qayğılarına qalmışıq. İnsan öləndən sonra qızıldan heykəl də qoysan geri qayıtmaz. Valideyinlərimizə rəhmət qazandıran işimizi camaat da çox bəyəndi.İnanıram ki, bu nümunə davam edəcək. Çox sadə bir başdaşı da qoyduq.40 mərasimindən sonra fotosunu paylaşacam ki, xalq görsün və bilsin ki, xalqa dedyimizi birinci özümüzə tətbiq edirik.

-Bildiyim qədər xarici dilləri bilirsiniz.Bəs bildiyiniz dillərdən necə istifadə edirsiniz.

- Xarici dillərdən orta məktəbdə ingilis və rus dilini öyrənməyə başladım. 10-cu sinifdə olanda kənd şəraitində artıq rus dilini bilirdim və rus dilində qəzetlər oxuyurdum. İngilis dilini də öyrənməyə başladım, çünki Kanadaya getmək, orada yaşamaq istəyirdim.Fransız dilini də öyrəndim. Alman dilinin də danışıq səviyyəsində bilirəm.Gənclik illərində sinxron tərcüməçilik edib pul qazanırdım. Tərcüməçi kimi xaricə yolum açıldı və bu gün isə istənilən məlumatları ingilis, fransız dillərində oxuyuram. Hər hansı bir məlumatı tapmaq mənə çətinlik yaratmır, yəni dünya kitabxanaları üzümə açıqdır. Yerli məlumatları öz saytlarımızda, xarici məlumatları isə CNN, BBC, Əl-Cəzirə, Skynews vasitəsilə alıram.

-Bəs Azərbaycan ədəbiyyatını, musiqisini,folklorunu eyni zamanda siyasi prosesini ingiliscədən, fransızcadan oxuyanda Azərbaycan necə görünür?

- Əfsuslar olsun ki, Azərbaycan haqqında iki cür danışmaq lazımdır. Əgər Azərbaycanla bağlı tənqidi bir məlumatdırsa, deyək ki, beynəlxalq təşkilatların insan hüquqları, demokratiya ilə bağlı yaydığı bir məlumatdırsa, onu oxuyanda Azərbaycan qaranlıq görünür. Azərbaycanın gözəllikləri, təbliğatı, təbiəti, mətbəxi, turizmi ilə bağlı xarici məlumatları oxuyanda Azərbaycan AzTv-nin göstərdiyindən də təravətli görünür. Gözəl ölkəmiz var, amma bu gözəllik hər kəsin həyatında yoxdur. İstənilən halda xaricdə olub Azərbaycana baxanda Azərbaycan oradan bir nöqtə kimi görünür. Azərbaycan kiçik bir ölkədir və dünya mətbuatında Azərbaycan gündəm deyil.

- Siyasətlə məşğul olmasaydınız tərcüməçiliyin arxasınca gedib karyeranızı daha da yüksəklərə qaldırardınızmı.Ümumiyyətlə, siyasətdən qıraq özünüzü necə təsəvvür edirsiniz?

- Yox, heç vaxt tərcüməçi olmazdım. Mən tərcüməçilik edirdim çünki ehtiyacım var idi.Ailəmi,özümü saxlamalı idim. Yaxşı pul qazanırdım. Yəqin ki, başqa sahəyə getməzdim. Ola bilsin ki, bir dövlət sahəsində işləyərdim və yaxud xarici ölkədə vətəndaşlıq alardım, ya da bir beynalxalq təşkilatın rəhbəri olardım, ya da ki, başqa bir ölkədə siyasətçi olardım. Əminəm ki, başqa ölkədə siyasətçi olsa idim, indiki yerimdən ən azından on dəfə yüksək bir mərtəbədə idim.

-Sizin prezidentliyə namizəd kimi çıxışlarınızda dini xəttə daha çox rast gəlirəm. Mən buna fanatiklik deməzdim.Deyərdim ki, bu ondan irəli gəlir ki, siz daha çox mükəmməl şəkildə elmi əsaslara söykənib çıxış edirsiniz. Ümumiyyətlə, sizin dinə münasibətiniz, baxış bucağınız?

-Mən İslam dininə mənsub bir vətəndaşam, dinə, Allaha bağlı bir şəxsəm. Məhəmməd peyğəmbəri qəbul edirəm. Mən dində bölücülüyə, xurafatçılığa, cahilliyə qarşıyam. Əfsuslar olsun ki, Azərbaycanda dindən öz şəxsi siyasi məqsədləri üçün istifadə etmək istəyən qüvvələr var. Onun üçün mən dinin pak qalmasının tərəfdarıyam. İstəmirəm ki, İslam dininin adına ləkə gəlsin, saflığı pozulsun. Amma İslam dinini başqa tərzdə öz maraqlarına uyğun tələffüz edənlər, onu başqa cür istifadə edənlər var. Bu da insanlarda ikrah hissi oyadır, dindən qaçırdır. Onun üçün də İslam dininin pak olmasının və Quranda yazılan ayələrin yerinə yetirilməsinin tərəfdarıyam.Kifayət qədər təbliğat xarakterli kitablar yazılıb, dini təriqətlər, dini sektalar yaradılıb. Bunlar İslam dininin saflığına, inteqrasiyasına böyük ziyan vurur. Mən dində şəffaflığın və səmimiliyin tərəfdarıyam.

Bir şəxsin 30,40,50 dəfə Həccə getməsinin tərəfdarı deyiləm. Hər bir müsəlmanın boynunda Həccə getmək var. Bir dəfə Həcc ziyarətini etdin, Allahın yanında İslamın qanunlarından birini yerinə yetirmiş oldun. Amma görün Azərbaycanda nə qədər kasıb,ehtiyacı olan və xəstəslər var.Hətta
aylarla resepti cibində gəzdirib dərman ala bilməyən var.50 dəfə Həccə gedənlərə bahalı yas məclisləri təşkil edənlərə demək istəyirəm ki, bunları edincə gedin yol çəkin,o ehtiyacları olanların müəyyən ehtiyaclarını ödəyin.

Mən Cəmaləddin Əfqaninin təbliğ etdiyi İslamın tərəfdarıyam. Cəmaləddin Əfqani deyir, getdim Avropaya müsəlman gördüm, İslam görmədim. Gəldim şərqə İslam gördüm, müsəlman görmədim. Bəli, bu gün, doğrudan da, Almaniyada, Fransada, ümumiyyətlə, bütün xristian aləmində Quran ayələri daha yaxşı təbliğ edilir, nəinki müsəlman dünyasında. Bu gün bir müsəlman yaşadığı müsəlman ölkəsindən bezir, ürəyi bulanır və qaçıb sığınır xristian dünyasına. Onlar gedib öz xöşbəxtliklərinə Almaniyada və digər ölkələrdə çata bilir. Mən isə düşünürəm ki, İslam dinini daha gözəl bir texnologiya, inkişaf, elm dininə çevirə bilərik. Yəni peyğəmbərimiz də bunu deyir. Biz dinimizi cəhalətdən, mövhumatdan, siyasi təbliğatdan uzaq saxlayaq.

-Siyasət sizin üçün nədir?

- Siyasət mənim ruhumun qidasıdır. Bəziləri üçün ruhun qidası dindir, Quran oxumaqdır, musiqiyə qulaq asmaqdır, xeyriyyəçiliklə məşğul olmaqdır. Şükürlər olsun ki, bizim də Allahın bəxş etdiyi qədər imanımız var. Müəyyən mənada ruhumun qidası həm də siyasətdir. Bu da ondan irəli gəlir ki, arzular çoxdur. Mən Azərbaycanı fərqli görürəm. Fərqli nələrsə yaratmaq , daha gözəl Azərbaycan yaratmaq istəyirəm. Daha şəffaf bir cəmiyyətimiz olsun. Daha yaxşı rifah içində yaşayan insanlarımız olsun.

Mən o arzuların həyata keçməsini istəyirəm. O arzuları həyata keçirmək üçün də təkliflərimiz var,.Mütamadi olaraq ictimaiyyətə, həm də hökümətə təqdim edirik. Onun üçün də hakimiyyətə can atırıq ki, o iddiaları, o istəkləri həyata keçirə bilək. Buna görə də siyasət mənim qanıma işləyib.

Uşaqlıqdan həmişə mənə inqilabçı deyirdilər. Ədalətsizliyə qarşı dözümsüz olmuşam. Uşaq yaşlarımdan böyüklərlə ədalət üstündə yumruq davasına çıxmışam. Döymüşəm də, döyülmüşəm.Amma heç vaxtı fikrimdən dönməmişəm. Hətta universitet illərində,Azərbaycan Xarici Dillər Universitetində oxuyan zaman oradan bir professorun uzaqlaşdırılmasına nail ola bilmişəm. Televiziyaları ora dəvət edə bilmişəm. Aclıq elan eləmişəm. Bütün universitet tələbələrini arxama alıb liderlik etmişəm. Yəni bunlar faktlardır. Onun üçün də uşaqlıqdan içimdə ədalətsizliyə qarşı bir etiraz olub.

İnsanın içində ədalət yoxdursa rəhbər ola bilməz.Ola biləcəksə tiran olacaq, dağıdıcı olacaq. İnsanın birinci olaraq içində inam olmalıdır. Əgər bir siyasətçinin inamı yoxdursa, bağlılığı yoxdursa, ondan xalqa rəhbər olmaz. Siyasətçinin inamı olmalıdır, ədalətli ətrafı olmalıdır, bir də qətiyyəti olmalıdır. Şükür olsun Allaha ki, bizi bunlardan əskik etməyib.

- Bildiyim qədər yaxşı şahmat oynayırsınız. Şahmat oynayanda da siyasətçi kimi gedişlər edirsiniz?

- Demək olar barəmdə bildiyiniz hər bir məlumat düzdür. Mənim yaxşı şahmat oynamağımla bağlı müəyyən yalnışlıqlar var. Şahmat oynaya bilirəm, amma yaxşı oyunçu deyiləm. Oynamışam, amma özüm haqqında yaxşı oyunçu olduğumu deyə bilmərəm. Digər tərəfdən, ümumiyyətlə, mənim oyun oynamağa o qədər vaxtım olmur.Domino, dama, hərdən də nərd oynayıram.

- Hamısını siyasətçi kimi oynayırsınız yoxsa?

- Bir-iki dəfə ola bilər. (Gülür)

-Razi bəy, hal-hazırda Sizdən müsahibə alırıq. Bayırdan gələn səs-küy bizim söhbətimizə azacıq da olsa mane olur.Qərargahdakı çəkilişlərə,təşkil olunan tədbirlərə də hiss edirəm bu səs-küy təsir edir.Buna heç etiraz bildirirsinizmi ?

- Gördüyünüz kimi otaqdan eyvana gedən qapı açıqdır və səs də yaxınlıqdakı avtomobil təmiri sexlərindən gəlir.Hal-hazırda bizimlə burada əyləşən Tural bəy (Tural İrfan, dini msələlər üzrə müavini. Müəllif) gözəl bilir çöldə şaxta da olanda eyvana açılan qapım açıq olur.İstiyə o qədər də dözümüm yoxdur.. Beləcə otururam o səs-küydə. Əslinə qalanda bura ofis üçün də yararlı yer deyil.

Daha çox bu binada yaşayan sakinlər etiraz bildirə bilərlər.Amma yaxınlıqda tanınmış avtomobil şirkətinin təmir briqadası var. Biz onların işini dayandıra bilmərik. Bu həqiqəti bildiyimə görə etirazımı bildirmirəm.Bəlkə, də artıq onların səslərinə öyrəşmişəm.Səsləri gəlməyəndə darıxıram.(Gülür)

- Musiqiyə münasibətiniz necədir.Hansı musiqilərə qulaq asırsınız?

- Musiqiyə münasibətim çox gözəldir.Musiqi zövqüm də bir az rəngarəngdir, amma daha çox qulaq asdığım janr klassik musiqidir.

- Azərbaycan klassik musiqisi, yoxsa dünya klassikası?

-Azərbaycan klassikasına da qulaq asıram.Daha çox dünya klassikasına qulaq asıram. Ən çox sevdiyim bəstəkar Bethovendir. Bethovenin bütün əsərlərini əzbər bilirəm.Hansı ölkəyə gedirəmsə, həmin ölkədə operaya gedirəm. Mən operasız da yaşaya bilmərəm.

- Bəs zəngin İtalyan musiqisi necə?

-İtalyan pop musiqisini dinləmirəm.İtaliyanca operaya qulaq asıram. Bir neçə gün bundan əvvəl Verdi Cüzeppenin “Aida” “Riqoletta” operasına YouTube-da baxdım. Bildiyiniz kimi Verdi Cüzeppe dünyanın ən məşhur italyan musiqiçilərindən, bəstəkarlarından biridir. İndi növbəti yəqin ki, bu gün, sabah isə yenə Verdi Cüzeppenin repertuarına müraciət edərək “Trubadur” operasına təkrar baxmaq istəyirəm.

Hal-hazırda Azərbaycanın bütün teatrları, opera-balet teatrı da fəsil məzuniyyətindədir. Həftədə 3-4 dəfə Bethovenin 5-ci və 9-cu simfoniyalarına qulaq asıram. Rikardo Muttinin dirijorluğu ilə Çikaqo simfonik orkestirinin ifasında Bethovenin 9-cu simfoniyası məni valeh edir. 1 saat 33 dəqiqənin neçə keçdiyini hiss etmirəm. Sonuncu hissəsində Alman bəstəkarı Karl Orfun “O Fortuna” nın motivləri əsasında yaratdığı “Carmino Burano” kantatası səsləndirilir. Dini əsaslar üzərində yazılmış, mərhəmətə səsləyən ifadələrlə dolu bir musiqi əsəridir. O, məni doğrudan da, başqa dünyaya aparır.Bu musiqidən zövq alıram.

Digər musiqiləri də dinləyirəm.Ən çox bəyəndiyim, dinlədiyim musiqilərdən biri Kygo-nun ifasında “Remind me to forget” mahnısıdır. Yəni müxtəlif mahnılar. Hətta Ukrayna mahnılarına, Ukraynanın folklor mahnılarına belə qulaq asıram. Çox vaxt əhvali-ruhiyyəm olanda dinlədəyim onların “Zastolye” manhısı olan “ Pidmanula, pidvela” mahnısıdır. Zövqüm müxtəlifdir. Dünyanın bütün musiqilərindən inciləri bir yerə yığıb kolleksiya düzəltmişəm və onları dinləyirəm.

-Tələbkarsınız?

- Çox tələbkaram, hətta fikirləşirəm ki, mənim qədər tələbkar insan ola bilməz. Amma indi o fəlsəfəm pozulub.Bu gün sizə müsahibə verməmişdən əvvəl bir əməkdaşımızla söhbət edirdim.40 dəqiqə söhbət etdim. Elə ona da izah etməyə çalışırdım ki, əslində idarəçilik sahəsində bir çox qüsurlu məsələlərə dözüm göstərməyimin səbəbi müxalif siyasətdə olmağımızdır. Azərbaycanda müxalif siyasi partiyada idarəçilik etmək çox çətindir. Çünki, könüllülük prinsipi başıpozuqluq anlamına gəlib çıxıb.

Mən heç qardaşıma belə güzəşt etməyən adamam. Əgər öz evimdə, öz şəraitimdə qaydalarım budursa, digərlərinə də güzəşt etmərəm. Əfsuslar olsun ki, müxalif siyasi partiyada qaydalarım alt-üst olub. Çünki Azərbaycanda siyasətə qoşulan yeni adamlar azdır, köhnələr isə müsbət mənada başıpozuq, qaydalara uymayan, qaydalara tabe olmaq istəməyənlərdir. Səbəb budur ki, ömürlərinin xeyli hissəsini müxalifətçiliyə həsr ediblər, məhrumiyyətlər yaşayıblar, mübarizə meydanında qocalıblar. Nisbətən cavan müxalif nəsil isə öz üzərində işləməyənlərdir, siyasətə həvəs kimi baxanlardır.

Əfsuslar olsun ki, siyasi mənsubiyyəti olan insanlara hökm etmək çox çətindir. Biz hakimiyyətdə olsaydıq, xalq qarşısında əsaslı məsuliyyət daşısaydıq, o zaman heç bir güzəşt,başıpozuqluq ola bilməzdi. Qayda pozanlar cəzalanar, qanunsuzluq edənlər həbsə gedərdilər. Müxalifətçilikdə güzəşt olar, iqtidar olanda yox. Birmənalı.

-Tələbkarlığınızə ona görə soruşdum ki, qərargahın giriş divarında xüsusi bir elan yapışdırmısınız...


- Bəli onu yazıb yapışdırmalı olduq ki, hər kəsə bir-bir deməyək. Arıq hər kəs əməl edir. Qərargahda kimsə papiros çəkə bilməz, içki gətirə bilməz, içkili gələ bilməz.

- Bunlar artıq daxili qaydalardır.

- Bəli hər şey qayda-qanun çərçivəsində olmalıdır. Kompüterlərdə, telefonlarda oyun oynamağa çox pis baxıram. Bunu edəni görsəm, gözümdən birdəfəlik düşər. Tələbim budur ki, insan iş vaxtı zamanını effektiv və səmərəli sərf etməlidir.

- Xalqın sevgisi nədir sizin üçün?

-Əfsuslar olsun ki, Azərbaycanın daxilində xalqın sevgisi ilə fəxr edə biləcək siyasətçilər yoxdur.Səbəbi də sadə və aydındır. Biz siyasətçilər olaraq xalqın həyatını dəyişmək üçün çabalar göstərmişik, xalqın həyatını dəyişmək üçün vədlər vermişik. Göstərdiyimiz fəaliyyətin nəticəsi nəzərə çarpacaq dərəcədə olmayıb. Xalq müəyyən mənada depressiyaya düşüb. Bunun üçün də, xalqı bu depressiyadan çıxara biləcək addımlar atmaq üçün çalışıram.

Bu yolla ancaq xalqın sevgisini qazanmaq olar. Şükürlər olsun ki, mənimlə şəkil çəkdirmək istəyənlər, xoş sözlər deyənlər də çoxdur.Narazılıq bildirənlər də var. Bunu sosial şəbəkələrdən də görürəm. Səbəbi odur ki, Azərbaycanın müxalifət cərgəsinin içərisində müxtəlif parçalanmalar var. Azərbaycanın müxalifətində bir-birini gözü götürməyənlər, bir-birinin bostanına daş atanlar var.

Onların tərəfdarları məhz elə xalqın fikrini yönəltmək üçün bu və ya digər iyrənc kampaniyalardan istifadə edirlər. Mən də o siyasətçilərdənəm ki, mənə qarşı daima iyrənc kompaniyalar aparmaq istəyən siyasətçilər, onların tərəfdarları var.Onlar hamısı müəyyən bir dairədən də idarə olunurlar. Amma bu məni qəti qorxutmur. Ümüd edirəm ki, apardığımız siyasətinin bir nəticəsi olacaq. Ondan sonra bizə qarşı münasibəti mənfi olanlar fikrini dəyişəcək. Əsas olan nəticədir. Biz çalışırıq ki, nəticə olsun. Nəticə isə bizim vasitələrimizi doğruldacaq.

-Əlavə məşğuliyyətiniz varmı?

- Var. Operaya qulaq asmaq, operaya getmək, teatra getmək, gəzintiyə çıxmaq, velosiped sürmək. Məsələn, hər gün velosiped sürəndə özümü unuduram. Mənə desələr ki, sənə qəşəng bahalı bir velosiped bağışlayaq yoxsa avtomobil.İnanın səmimiyyətimə mən velosipedi seçərəm. Bağçılıq, gül-çiçək də həyatımın ayrılmaz işləridir. Dəniz sahilinə, piknikə getməyi xoşlayıram. Qışda isə klassik rus filmlərinə baxıram. Çünki həmin o filmlərin hər bir sözü bir aforizmdir.

Uşaq vaxtı gözəl parlaq uşaqlığım olmayıb.Heç evimizdə televizorumuz yox idi.O zamankı filmlərə, cizgi filmlərinə baxa bilməmişəm. Uşağlığım bunlarsız keçib. İndi baxıram. Məsələn, bir həftə bundan qabaq “Yojik v tumane” cizgi filminə baxdım. Uşaqlıqda heç onu görməmişdim.

-Yaşaya bilirsinizmi nostalji hissləri?

- Çox, çox yaşayıram . Onlara tamaşa edən zaman qayğılardan azad oluram. Elə ki, ayağını qapıdan çölə qoyursan, qayğılar, problemlər səni yenidən ağuşuna alır. Bəzən bura gələn xarici vətəndaşlardan soruşurlar ki, Azərbaycan insanlarını bəyəndinizmi? Mən onların səmimiyyətinə inanmıram. Bəlkə də, onlar kamera qarşısında belə deyirlər ki, Azərbaycan xalqı gülərüzdür, hamı gülür, hamı şəndir, hamı xoşdur, qonaqpərvərdir. Azərbaycan insanı belədir, bu doğru. Amma, razılaşmıram ki, hamı gülərüzdür, şəndir, sevinclidir. İnsanların üzündə, gözündə kədər,qəm var, hamı tələsir, hamı bir-birinə qarşı aqressivdir. Avtomobillər bir-birinə yol vermir.İnsanlar bir-birinə qarşı sərt və kobuddur. Sanki hər kəs belə deyək ki, dava axtarır. Bütün bunlar sosial qayğılardan irəli gəlir.

-Razi Nurullayevin tərəfdarı çoxdur, yoxsa Əli Kərimlinin?

-Əli Kərimli sərt tənqidlər edir.Deyim ki, onun apardığı siyasət Azərbaycana normal gələcək vəd etmir. Etsə idi, siyasətdə olduğu 30 il ərzində nəsə baş verərdi. Sadəcə olaraq, Əli Kərimli ritorikasını sərt tənqid üzərində qurur deyə tərəfdarı çox görünür. Mən isə deyirəm ki, siyasətçi xalqın bildiyini və xalqın ondan da yaxşı səsləndirdiyini deməsə yaxşıdır. Bu sonunda bezdirəcək. İndi, o bu məqama yuvarlanıb.

Ondan da sərt, lakonik xalq dilində tənqid edənlər, söyüş söyənlər və daha cah-cəlallı intriqalı oyun quranlar var. Bunun üçün də ağıllı başlar onun yanından gedib. Xaricdə oturan cavanlar daha bəlağətlə danışırlar, Əli Kərimlidən on,iyirimi dəfə sərt, daha məntiqli, daha arqumentli faktlarla. Əli Kərimli isə elə 20 il bundan qabaq nə deyirdisə, eyni şeyi bu gün də deyir. Nəticəsi də yoxdur.

O, onda güclü siyasətçi olardı ki, hakimiyyətlə dil tapıb aparılan siyasəti dəyişsin, koalisya hökumətinin yaradılması üçün səylər göstərsin. Heydər Əliyev zamanında bütün bunlar mümkün idi, amma səhvlər səhvlər dalınca təkrarlanıb.

Bizim qonşu ölkələrimizdə ən azı 3-4 dəfə partiya sədrləri əvəzlənib.Bunlar əvəzssiz liderlərdir. Hansı nəticələrinə görə? Əgər belədirsə hakimiyyəti tənqid etdiklərini özlərinə meyar sayırlarsa, xaricdə olan daha cavan, daha cəsarətli gənclərdən birini özlərinə lider seçsinlər. Xalq onun kimi siyasətçiləri qəbul edə bilməz, eləmir də. Tənqidlərinə görə gündəmdə qalır və qalacaq da. Qərar vermə anında xalq onun yanında dayanmayacaq. Onun şəxsinə qarşı nifrətim yoxdur, olmayacaq da. Onun şəxsinə qarşı addımım olmayıb, olmayacaq da.Onun siyasətini tənqid etmişəm.Apardığı siyasət eyni zamanda bizim də apardığımız siyasətlə tərs mütənasibdir. Xalqla birliyimizi desinteqrasiya edir, zərər vurur. O cəhətdən onun siyasətini tənqid edirəm, onun siyasətini bəyənmirəm. Azərbaycanda yeni siyasətçilər,yeni partiyalar formalaşıb. Gənclər formalaşmağa, partiyalar təşkilatlanmağa başlayıb. Nəsə etsə onlar edəcək, biz edəcəyik, amma o, və ona bənzər siyasətçilər heç nə edə bilməyəcəklər.

- “Atəşgah” sığorta şirkəti ilə bağlı sosial şəbəkələrdən çox narazı və ifşaedici bəyənatlar səsləndirmisiniz.Bunun kökündə nə dayanır?

-Doğrudur. Bütün sığorta sistemi bərbad gündədir. “ Atəşgah ” ın eybəcərliyi və özbaşınalığına şahidlik etdim. Gəldiyim nəticə budur ki, bu şirkət özbaşınalıqla, qanunsuzluqla məşğuldur. Etiraz edənlərə isə bir cavabları var. “Bura Azərbaycandır”. Gərək hökumət bu işə ciddi qarışsın. Çünki, bu söz YAP hakimiyyətinə yönəlib. Onların dediyi budur ki, YAP-ın yaratdığı və idarə etdiyi Azərbaycanda hər cür qanunsuzluq və özbaşınalıq etmək mümkündür. İndi YAP onlardan soruşsun ki, bu belədirmi? Gördüklərimdən və şahidlik etdiklərimdən belə qənaətə gəlmişəm ki, bu şirkətdə kənar müdaxilə olmadan yoxlamalar aparılsa, kütləvi həbslər aparılar. Mən “Atəşgah” sığorta şirkətində yoxlanmalar aparılmasını tələb edirəm. Bundan sonra səs-küylü həbslər həyata keçiriləcək. Yazdığım yazların altında yazılan və od püskürən şərhləri oxuyanda, təəccüb qalıram ki, bu şirkət xalqın yarısına qan uddurub, ölkədən, hökumətdən narazı salıb, amma hələ də onlar bildiklərini edirlər. Yalnız orada yazılan şərhlər araşdırılsa, bu şirkətdə kütləvi həbslər aparıla bilər. Bu şirkət hər bir Azərbaycan ailəsini bu ölkədən iyrəndirir.

- Təşəkkür edirəm. Çox sağ olun Razi bəy.

-Sağ olun.

Savalan Talıblı
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Razi Nurullayev Qırmızı Qəsəbədə Sinaqoqu ziyarət edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Şantel Konelli hovuz kənarında istirahət edib.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının