• 18:00 – Görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 
  • 11:53 – Təhsil üzrə ekspert:"Xocalı soyqrımı günü hər yerdə şıdırğı alver gedirdi" 

Xədicə İsmayılın Əli Kərimliyə qarşı fəallaşması

Xədicə İsmayılın Əli Kərimliyə qarşı fəallaşması Xədicə İsmayılın Əli Kərimliyə qarşı fəallaşması
Və ya yenidən torbada pişik var

AXCP sədri Əli Kərimli və “jurnalist” Xədicə İsmayıl arasında uzun illərdir davam edən hərc-mərclik bu dəfə daha kəskin şəkildə müşahidə edilməkdədir. Maraqlısı da budur ki, hazırda mitinq mövsümu olmamasına rəğmən, X.İsmayıl birdən-birə AXCP və “Milli Şura” cütlüyünün bu uğursuzluqlarını onların üzünə vurub. Bu isə belə deməyə əsas verir ki, hazırda da “siyasi məhbus” siyahıları üstündə dava-şava edən tərəflər bir-birlərinə qarşı ittihamlarını tükəndirərkən. daha öncəki məsələləri yenidən ictimailəşdirməyə başlayırlar.

Hətta təhqirlərə rəvac verən pul hərisləri bunu özlərinə necə deyərlər, peşə seçiblər

Məsələ ondadır ki, X.İsmayıl “Milli Şura”nın “Məhsul” stadionunda keçirdiyi mitinqləri növbəti dəfə tənqid edib və bildirib ki, “liderlər” qorxduqları üçün onlara icazə verilən məkandan kənara çıxmaq istəmirlər. “Məncə “Məhsul”dan kənara çıxmamanın bir səbəbi də var”, deyə sosial şəbəkədə status paylaşan X.İsmayıl necə deyərlər, payız öncəsi bəri başdan AXCP və “Milli Şura”nın planlaşdırdıqları aksiyaları hədəfə alıb, onları qorxaq adlandırıb. Beləliklə, bəlli səbəbdən yenidən barışmaz düşmənlərə çevrilən tərəflər hətta ictimai mövzu ortada olmadan belə, köhnə palanlarını eşməklə məşğul olurlar. Ancaq X.İsmayılın Ə.Kərimliyə qarşılıq yazdığı ifadələrin doğruluğuna da şübhə etmək olmaz. Misal üçün, o yazıb ki, bu vaxta qədər keçirilən mitinqlərin heç bir siyasi əhəmiyyəti yoxdur, bu aksiyalar əslində şou xarakterlidir və s.

Bir sıra siyasi ekspertlər də zaman-zaman bu iki cinahın savaşını bu cür xarakterizə ediblər ki, onların qarşıdurmalarının kökündə qrant qazanmaq faktoru dayanır. Bir-birlərini xarici təşkilatlar qarşısında gözdən salmaq üçün, hətta təhqirlərə rəvac verən pul hərisləri bunu özlərinə necə deyərlər, peşə seçiblər.

Emin Milli-Xədicə İsmayıl cütlüyü AXCP sədrinə necə qalib gəldilər?

Xatırladaq ki, hələ bu ilin may ayında X.İsmayılla Ə.Kərimli ABŞ-ın, eləcə də Qərbin anti-Azərbaycan xarakterli qüvvələrinin bir sıra təşkilatlarından ayrılan qrantlarına sahib çıxmaları üçün savaşa başlamışdılar. Hələ o zaman, daha dəqiq desək mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrə AXCP-sədrinin deyil, məhz “Meydan” televiziyasının rəhbəri Emin Millinin dəvət alması Ə.Kərimlinin adının üstündən xətt çəkilməsi kimi izah edilirdi. Həmin vaxt E.Milli ilə Ə.Kərimli sosial şəbəkə üzərindən bir-birlərinə qarşı ən ittihamlar səsləndirirdilər. Nəticədə söyüşün biri bir qəpiyə çevrilmişdi...

Lakin hər şeyə rəğmən, cəbhəçi sədrin dinləmələrdən kənarda qalması, daha doğrusu onun təmsilçisinin oraya dəvət almaması bilavasitə E.Millinin və ona dəstək göstərən X.İsmayılın AXCP sədri üzərindəki qələbəsi kimi təqdim edilirdi. Məhz həmin hadisələr fonunda X.İsmayıl status yazaraq, Ə.Kərimlini, C.Həsənlini E.Millidən üzr istəməyi tələb etmişdi.

Görünür, yenidən torbada pişik var və X.İsmayıl qabaqlayıcı tədbir görərək, ara səngiyər-səngiməz yenidən ortaya çıxıb, ictimai rəyin marağında olan, ya da olmayan məsələləri qabartmaqla, ehtiyat tədbirini görməyə başlayıb. Hər halda, bu payızda da biz bənzər savaşların şahidləri olacağıq. Hətta olmağa başlamışıq belə...R.Rəsulov/sia.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV