Bizi izləməyi unutmayın

Manşet

Əflatun Amaşov:"Dil pozuntularına yalnız kütləvi informasiya vasitələrində rast gəlinmir"

7-11-2018, 22:30 | 302 dəfə baxılıb.

Məlum olduğu kimi, bir müddət bundan öncə prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzaladı. Fərmana əsasən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması və sözügedən Monitorinq Mərkəzi tərəfindən bir sıra addımlarla yanaşı, həm də KİV-də yer alan yazıların monitorinqinin aparılması nəzərdə tutulur.

Belə bir qurumun fəaliyyəti KİV-in bu məsələdəki məsuliyyətinin daha da artmasında, mediada ədəbi dil qaydalarının pozulması hallarının əhəmiyyətli dərəcədə azalmasında nə kimi rol oynayacaq? Fərmandan irəli gələn məsələlərin icrası ədəbi dil normalarına riayət baxımından KİV-də hansı mənzərəni fomalaşdıracaq?Moderator.az-a açıqlama verən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov fərmanın ana dili ilə bağlı məsuliyyət mühitini dərinləşdirəcəyini, ədəbi dil normalarına daha ciddi riayəti təmin edəcəyini vurğuladı:

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə indiyədək görülmüş işlərin daha çox praktik müstəviyə keçməsinə duyulan ehtiyacı vurğulamaqdadır. Sənədin ruhu bunu deməyə əsas verir. Fərmanın məğzini Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması tapşırığı təşkil edir. Məsələ son dərəcə önəmlidir.

Əlbəttə media, mətbuat özlüyündə dil hadisəsidir. Bu sahədə ana dilimizdən daha çox istifadə edilir. Ancaq dil pozuntularına yalnız kütləvi informasiya vasitələrində rast gəlinmir. Ayrı-ayrı reklam lövhələrində, ictimai-iaşə obyektlərinin adlarında, ümumən ən müxtəlif sahələrdə biz ana dilimizin qaydalarına düzgün riayət edilmədiyinin şahidi oluruq. Dövlət başçısının məlum fərmanı özündə məsələyə kompleks yanaşmanı ehtiva edir.

Fərmanın daha bir xüsusiyyəti orada “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın hazırlanması ilə bağlıdır. Hesab edirəm ki, bu plan Monitorinq Mərkəzinin işinin təşkili baxımından mühüm rol oynayacaq.

Mətbuat dil hadisəsi olduğu, mövcud məkanda ana dilimizdən daha çox istifadə edildiyi üçün problem də özünü bu sahədə daha qabarıq göstərməkdədir. Şübhəsiz ki, yeni yaradılacaq qurum mediada ana dilindən istifadədə məsuliyyəti dərinləşdirəcək. Həm hazırlanması nəzərdə tutulan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın, həm də indiyədək mövcud istiqamətdə qəbul edilmiş dövlət sənədlərinin icrasına nəzarət güclənəcəkdir. Bəzən jurnalistlər nəzarət sözündən çəkinirlər. Amma nəzərə alınmalıdır ki, dil milli atributumuz, dəyərimizdir. Ona qarşı hər hansı sayğısızlıq yolverilməzdir. İctimai rəydə birdəfəlik qəbul edilməlidir ki, biz insan və vətəndaş kimi, hər hansı cinayət əməlini törətməkdən çəkiniriksə, özümüzdə bununla bağlı immunitet formalaşdırırıqsa, eyni yanaşma dil məsələsində də aktual xarakter daşımalıdır. Bu mənada medianın üzərinə ikiqat yük düşəcək. KİV-lərimiz həm çalışmalıdırlar ki, cəmiyyətin müxtəlif sahələrində dil pozuntularını ictimailəşdirsinlər, həm də özləri nümunəvi olsunlar.

Azərbaycan Mətbuat Şurası artıq neçənci ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan media məkanında ədəbi dili qorunması” layihəsini reallaşdırmaqdadır. Layihə çərçivəsində ölkənin aparıcı KİV-lərinin monitorinqi də aparılmaqdadır. Dekabr ayında biz monitorinqin nəticələrini elan edəcəyik.

Ümumən indiyədək mediada Azərbaycan ədəbi dilinin qorunmasına yönələn bütün tədbirlərin müsbət nəticələr verdiyi düşüncəsindəyəm. Əvvəlki illərlə müqayisədə irəliləyişlərin şahidi oluruq. Ancaq bu yetərlidirmi? Nəticələr tələblərə nə dərəcəcə adekvatdır? Təbii ki, durum ürəkaçan deyil. Prezident fərmanında bununla bağlı ayrıca qeydlərə rast gəlinir.

Fərmanda həmçinin kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanması öhdəliyi də nəzərdə tutulur. Hesab edirəm ki, bu müddəa da məsələyə daha sistemli yanaşmanı təmin edəcəkdir. Göründüyü kimi, yalnız Monitorinq Mərkəzinin yaradılması deyil, bütövlükdə məlum fərmanın özü ana dilimizdən istifadə sahəsində məsuliyyət mühitinin dərinləşdirilməsinə hesablanıb. Bu isə şübhəsiz daha əhəmiyyətli nəticələr verəcək”.

Seymur ƏLİYEV

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Prezident İlham Əliyev fərman imzaladı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət / #Ölkə

Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq edilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Prezident yeni müavinləri təyin etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının