Bizi izləməyi unutmayın

Manşet

Tahir Kərimli:"Redaktəni mən etmirdim, mütəxəssislərin etməsini təklif edirdim

8-11-2018, 11:30 | 492 dəfə baxılıb.

Milli Məclisin deputatı Tahir Kərimli Xalq artisti, görkəmli aktyor Rasim Balayevə açıq məktub yazıb. Deputat məktubun Modern.az vasitəsilə ünvanına çatdırılmasını xahiş edib. Onu təqdim edirik:

“Hörmətli Rasim müəllim!

Müalicə üçün Ankaraya gedəcəyinizi öyrəndim, Sizə Uca Allahdan şəfa diləyirəm. Ancaq Sizin himnlə bağlı haqqımda dediyiniz acıqlı ifadələr məni üzdü. Yalan-gerçək, Ağsunun deputatı kimi dediklərimin yerinə çatmasını arzulayırdım. Buna baxmayaraq, Sizin Nəsimi obrazınız mənim gənclik idealım olub, Sizinlə fəxr etmişəm, bu gün də edirəm. Siz bildirirsiniz ki, “Tahir kimilər haranın musiqiçisi olublar ki, Üzeyir Hacıbəyovun əsərinə redaktə edirlər?”

Məgər Siz televiziyalarda müğənnilər və onların geyimi haqqında haqlı olaraq ittiham irəli sürəndə, özünüz müğənni və ya modelyer idinizmi?

Baxmayaraq ki, Siz bir dəfə bildirdiniz ki, Nəsimi deyilsiniz, onun obrazını yaradansınız, hər halda Sizi Nəsiminin yanında görmək istərdim, onun qətlinə fərman verənlərin yanında yox. Eləcə də bir çox ziyalılar M. F. Axundov, S. Ə. Şirvani və M. Ə. Sabirin deyil, onları çərlədib öldürənlərin yanında oldular, şüarları da “vətənpərvərlik” oldu. Bu gün mənim hamılıqla daş-qalaq edilməyimin səbəbi təkcə mənim sözlərimi düşməncəsinə dəyişib xalqa təqdim edənlər deyil, həm də Sizin sözünüzü mötəbər istinadgah sayanlardır. Əvvəllər, “vətənpərvərlik əclafların son istinadgah yeridir.”- sözlərinə çox əsəbləşirdim. Çünki, özümü də vətənpərvər sayırdım. Lakin...

Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Konstitusiya Qanunun layihəsi müzakirə edilən zaman mən çıxış edərkən deputatlıqdan çıxmalıydımmı? Söhbət qanunun qəbulundan, mənim işimdən gedir. Özü də mən çıxışımda qeyd etdim ki, musiqiçi deyiləm. Məgər mən partiturada not düzümü qaydasını izah edirdim? Redaktəni mən etmirdim, mütəxəssislərin etməsini təklif edirdim.

Haqqımda müxtəlif insanların mənfi sözlər dediklərini başa düşürəm, axı onlara parlamentdəki çıxışımı təhrif olunmuş təqdim ediblər.

1) Mən “himnimizi dəyişək” deməmişəm, təkrarları ixtisar etmək və kədərli notları nikbinləri ilə əvəz etməyi təklif etmişəm. Dəyişmək təklifini 2016-cı ildə görkəmli sənətkar Səyavuş Kərimi deyib. “Koroğlu” operasındakı “Ey vətən” mahnısını himn kimi təklif edib.

2) “Himnin müəllifi Əhməd Cavad deyil” ifadəsi mənə məxsus deyil, Milli Elmlər Akademiyasının komissiya rəyi əsasında 01 mart 2000-ci il tarixli qərarında əksini tapıb.

Bundan başqa indiki himn 1919-cu ildə hökumət mətbəəsində çap olunan, “Milli nəğmələr” kitabında “Vətən marşı” adı ilə Cəmo bəy müəllifi olmaqla göstərilir.

3) Mən “himnimiz mərsiyədir” yox, “mərsiyə deyil” demişəm. Ancaq dəyərli bəstəkarımız Nailə Mirməmmədli bu himnin şəhidlər üçün “Bayatı-Şiraz” üstündə yazıldığını bildirir və Üzeyir bəy Hacıbəyovun “Xalq musiqisinin əsasları” kitabında “Bayatı-Şiraz qəmginlik gətirən musiqidir.” sitatını gətirir. Qeyd edim ki, Üzeyir bəy Sovet dövründə yazdığı himn mübarizə ruhlu “Heyratı” üzərində yazılıb.

4) Deyilir ki, “Üzeyir bəy Hacıbəyovun musiqisinə toxunmaq olmaz.” Axı bunu necə demək olar ki, 1989-cu ildə bəstəkar Aydın Əzimov, 2014-cü ildə Rauf Əliyev bu himni aranjiman ediblər, orkestr üçün uyğunlaşdırıblar, sürətləndiriblər. (2 dəqiqə 13 saniyə olub.)

Bir də ki, Üzeyir bəy Yusif Vəzir Çəmənzəminlinin müraciətinə cavab olaraq, 23.12.1917-ci il tarixində dərc olunan “Açıq söz” qəzetində “Milli Marş” adlı məqaləsində yazırdı: “Milli bir qəsidə (himnə şərqi deyil, qəsidə deyilməsi daha düzgündür.) yazmaq haqqında bir müddətdir ki, çalışıram. Hələlik bir milli marş yazmışam ki, sözlərini burada dərc etməyi lazım bilmədim. Ancaq bu sözlərin vəzn cəhətdən düzgün olmadığının səbəbini qabaqcadan bildirməliyəm”. Biz Dahi şəxsin öz əsərinə tənqidi münasibətini görürük.

628-ci ildə Peyğəmbərimiz (s) Məkkə rəisi Əbu Süfyanla saziş bağlayan zaman “La ilahə illə Allah, Muhəmmədən rəsul Allah” sözlərilə başlayan mətni təqdim edəndə, Əbu Süfyan “Sənin Allahını tanısaydım, Səni onun rəsulu bilsəydim, Səninlə nə üçün vuruşurdum?” deyəndə, Peyğəmbər (s) həmin cümlənin oradan çıxarılmasını əmr edir.

Əgər Peyğəmbərimiz (s) və musiqi dahimiz özləri belə məsələlərə ehkam kimi baxmırlarsa, nə üçün himnə yaradıcı münasibət olmasın?

5) İddia olunur ki, hazırki himn Azərbaycan Xalq Cümhuriyyətinin himnidir, onun bir hərfinə də toxunmaq olmaz.

Ancaq bunu Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi qəbul etmək mümkün olmadı, buna rus işğalı imkan vermədi.

Bundan əlavə, bu mətndə çox dəyişikliklər olub: “Şanlı Vətən” sözlərindən sonra iki dəfə “Azərbaycan” sözü əlavə edilib, biz dörd dəfə oxuyuruq.

Mən təklif edirəm ki, mətndəki kimi iki dəfə oxunsun. “Üç rəngli bayrağınla məsud yaşa” və “Namusunu hifz etməyə” cümlələrini də iki dəfə deyil, mətndə olduğu kimi bir dəfə oxumağı təklif edirəm.

Mətndəki “Hüququnu dərk edən əfrad” cümləsi “Hüququndan keçən əsgər” cümləsi ilə dəyişdirilib, “dəm” sözü “an” sözü ilə, rus dilindəki mətndə isə “qan tökmək” sözləri dəyişdirilib.

Biz 1992-ci ildə bu himni qəbul edəndə birinci bənddəki hər iki “cümlə” sözü çıxarılıb. (Bax: “Həyat” qəzeti, 28.5.1992)

Mən təklif edirəm ki, Azərbaycan dilinin qrammatikasına uyğun olaraq “hazırız” və “qadiriz” sözlərindəki “z” səsi “q” səsi ilə əvəz olunsun. Ən azı ona görə ki, şagird belə sual verə bilər ki, biz bu cür yaza bilərik?

6) Başqa dövlətlərin himnlərinin (məs: Yunanıstan, Fransa) uzun olması göstərilir, lakin bir dəqiqədən bir az çoxu ifa olunur.

Bu qədər..

Hörmətlə, həmyerliniz Tahir Kərimli”.hurriyyet.org

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Tahir Mirkişili:"Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Yubileyində iştirak edə bilməyən xalq şairi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Sizin köməyinizə ehtiyacı var

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının