Əli Əhmədov:"Azərbaycanda səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir"



Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb.Unikal.org xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub:"Azərbaycanda insanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq".

Əli Əhmədov deyib ki, bütün bu nailiyyətlər, eləcə də insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər Azərbaycanın BMT-yə iyulda təqdim edəcəyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ikinci Milli Hesabatında öz əksini tapacaq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırladığı beynəlxalq layihə Azərbaycan tərəfindən də dəstəklənir. Azərbaycan bu layihənin həyata keçirilməsinə qoşulub. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsidir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək".

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi