Keçmiş komitə sədri 12 mərtəbəli yaşayış binası tikdirir



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Bakıda hündürmərtəbəli bina tikdirir.Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun sözlərinə görə, Rafiq Əliyevin başçılıq etdiyi "İrşad" İslam Araşdırmaları Mərkəzi 2016-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində 12 mərtəbəli yaşayış binasının tikintisi üçün icazə alıb. Binadakı mənzillərin ümumi yaşayış sahəsi 3255 kv.metrdir.
Keçmiş komitə sədri  12 mərtəbəli yaşayış binası tikdirir
Qeyd edək ki, Rafiq Əliyev 1991-cı ildə "İrşad" İslam Araşdırmaları Mərkəzinri təsis edib və 2006-cı ildən mərkəzin direktorudur. O, 2001-2006-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi