Əli Mirəliyev efirdə prodüsserə aşıq Pənah dedi-Ustad aşığın adına hörmətsizlik elədi




17 iyun 2019-cu il tarixində ARB TV-nin efirində yayımlanan “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyevlə prodüsser Pənah Eldaroğlu arasında gənc müğənni Alim Məmmədlinin ifa etdiyi mahnıya görə gərginlik yaşanıb.

Gərginliyi aradan qaldırmaq üçün gənc müğənni Alim Məmmədliylə telefon əlaqəsi yaradılıb.

Mahnının əsl məllifinin Alim Məmmədli olduğunu deyən prodüsser Pənah Eldaroğluya müğənni Əli Mirəliyev canlı efirdə aşıq Pənah deyə xitab edib. Əli Mirəliyevin prodüsserə aşıq deyə xitabı studiyada olan qonaqların da gülüşünə səbəb olub.

Daim efirlərdə böyük sənətkarlarla bir səhnədə olduğunu deyən Əli Mirəliyev Azərbaycan aşıq sənəti və musiqi tarixində xüsusi yeri olan, onlarla mahnının, yüzlərlə qoşma və gərayılının müəllifi olan aşıq Pənahın adını belə ucuz hallandırması sənətkarın adına, sənətinə
saz-sevərlərə hörmətsizlikdir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi