“Atam anamın itkisindən sonra yaşaya bilmədi...”- Əməkdar artist yanvar ayında hər iki valideynini itirdi...




Anasının vəfatından bir il ötən kimi qəfil atasını da itirən Əməkdar artist Yusif Mustafayev hazırda doğulduğu kənddə olduğunu bildirib.

Bu haqda Moderator.az-a danışan Y.Mustafayev atasının cümə axşamına görə məzarını ziyarət etməyə gəldiyini deyib:

“Bu gün atamın cümə axşamıdır və elə buna görə doğulduğum Cəlilabad rayon Hacıismayıllı kəndindəyik. Qohum-əqrəba hamımız bir yerə yığışmışıq. Anamdan sonra atamı da belə tez itirməyib çox pis oldu, amma neyləmək olar Allahın qismətidir. Doğrusu, atam anamın itkisindən sonra yaşaya bilmədi. Çox təsəlli verdim, amma kişi yenə fikir elədi, içindən çəkdi hər şeyi. Çox qəribədir ki, ötən il yanvarın 2-də anamı və bu il isə yanvarın 9-da atamı itirdim. Allah cəmi ölənləri rəhmət eləsin. Sizlərə də diqqətiniz üçün təşəkkür edirəm”.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi