ƏSAS SƏHİFƏ Maqazin "Heç kim mələk deyil" - Nadir Qafarzadə

"Heç kim mələk deyil" - Nadir Qafarzadə

“Heç kim mələk deyil. Hamımızın üzərində ləkə var”.

Analoq.Az xəbər verir ki, bunu ARB TV-nin “Show News” verilişində qonaq olan müğənni Nadir Qafarzadə deyib.

Sənətçi həmkarı Şəbnəm Tovuzlunun müdafiəsinə qalxıb: “Bu yaxınlarda Şəbnəmi yaxından tanıdım. Onsuz da onu çox istəyirdim, indi lap çox istədim. Mənim kimi sadəlövhdür, avamdır. Hərdən görürəm ki, “Instagram”da onu təhqir edirlər. Nə istəyirsiniz bu qadından? Qoy həyatını yaşasın. Hərə bir cür yaşayır. Onun da həyatı budur. Övladı, həyat yoldaşı var.

Sizin də qızınız, yoldaşınız var. Başqasının qadınını təhqir edirsiniz. Sizə etsələr xoşunuza gələr? Siz Şəbnəmi təhqir edəndə o, heç nə itirmir. Xalqımızda belə xüsusiyyət var, kimin üzərinə gedirlərsə, onu sevməyə başlayırlar. Ona görə də belə şeylər etməyin, ayıbdır. Heç kim mələk deyil. Hamımızın üzərində ləkə var. Hər kim nə yaşayırsa özü bilər”. Oxu.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu