ƏSAS SƏHİFƏ Maqazin Aşıq Samirə tələbələrinə evdə dərs keçir-VİDEO

Aşıq Samirə tələbələrinə evdə dərs keçir-VİDEO

Koronovirusa görə ölkə miqyasında aprelin 20-nə kimi karantin rejimi tətbiq edilib. Buna görə rəsmi qurumlar hər kəs #evdeqal prinsipinə əməl etməyə çalışır. Müəllimlər də artıq bir müddətdir ki, şagird və tələbələri ilə virtual olaraq onlayn dərslər keçməyə başlayıb.

Uzun müddətdir ki, Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğul olan Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru aşıq Samirə Əliyeva da tələbələri ilə onlayn dərslər keçir. Xanım aşıq bu haqda belə deyib: "Dövlət mənim əmək haqqımı vaxtı-vaxtında verir, mən niyə dərsimdən qalım?".

Qeyd edək ki, Samirə Əliyeva vaxtaşırı virtual tamaşaçıları üçün instagram canlı yayımında konsert proqramı da təşkil edərək, izləyicilərini karantin rejiminə əməl etməyə çağırır.

Aşıq Samirə tələbələrinə evdə dərs keçir-VİDEO

Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu