Niyam Salamidən Aygün, Faiq və Röyaya SƏRT SÖZLƏR



Müğənni Niyam Salami yeni mahnısını təqdim edib.

Analoq.az-ın Axşam.az-a istinadən məlumatına görə, “Lider Maqazin”ə danışan ifaçı “Ədalətsiz dünya” mahnısını ifa edib. Niyam bəstəni kreditə götürdüyünü deyib:

“Bu mahnını mənə təqdim edəndə sözlərinə baxdım. Çünki sözlərində hər şey var. Doğrudan da, ədalətsiz dünyadır. Dünyada yaşayan insanlardan çox ədalətsizlik görmüşəm. Mahnının müqaviləsinə 3 min manat vermişəm. Amma bu pulun hamısını yox, az-az vermişəm”.
Niyam mahnının artıq indidən hit olduğunu deyib: “Nurlan Hatəmoğlunun yazdığı və ifa etdiyim mahnı mənim üçün hitdir”.

Niyam məşhur “Disko rəqqası” hind filmindəki mahnını ifa etdiyini və oradakı məşhur obrazı yaradacağını da bildirib.

N.Salami xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və əməkdar artist Röya Ayxanı birincilər sırasında görmədiyini söyləyib:

“Aygün xanım, Faiq və Röya ilə məni bir tutmayın. Mənim öz pilləm var. Mənim pilləmə qalxa da bilməzlər. Mənim yerimdə heç kim otura bilməz”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi