Elariz Məmmədoğlu:"Vasif Məhərrəmli də başına tük əkdirdi"



Müğənni Elariz Məmmədoğlu səbəbsiz yerə plastik əməliyyat edən kişi həmkarlarını qınayıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bir çox şeyləri kişi həmkarlarına sığışdırmır:

“Kişi müğənnilərinə ayıb saydığım işlər var. Əgər kişi müğənninin dodağında problem yoxdursa, yəni anadan gəlmə dovşan dodaq deyilsə, dodağına silikon vurubsa, mən ona eyib baxıram.

Yanaqlarını şişirdən, qaşlarını alan kişi müğənnilərinə də yaxşı baxmıram. Gözün çəpdirsə, qulağın yekədirsə, zərurətdən əməliyyat etdirə bilərsən”.

Öz görünüşündən də danışan ifaçı bildirib ki, o, bu günə qədər yalnız saç əkdirib: “Mən Murmansqda əsgərlikdə olanda orada hər kəs bir xəstəlik tapırdı.

Çünki orada havada “kislarod” çatmırdı. 19 yaşımda saçlarım tökülmüşdü. Bu da mənə kompleks verirdi. Bilirsiniz ki, mən estrada müğənnisiyəm.

Səhnədə Lenin “priçosqası” ilə diskoteka mahnısı oxumaq olmurdu. Buna görə də İstanbulda bir həkimə müraciət elədim. Kişilər arasında Cabbar Musayevdən sonra mən saçıma tük əkdirdim.

Mənim məsləhətimdən sonra Vasif Məhərrəmli də başına tük əkdirdi. Ondan sonra çox musiqiçilər saç əkdirdi. Bir sözlə saç əkdirməyə normal baxıram. Amma dodağı şişirtmək kişi işi deyil”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi