Elza Seyidcahan:"Elə bir iş yoxdur ki,Elza onun öhdəsindən gəlməsin"



Bu yaşıma qədər artıq çoxdan siyasətdə öz sözümü demişəm. Əgər peşənlə millətinə xidmət edirsənsə, o zaman gözəl siyasətçisən”.Bu sözləri Modern.az saytına açıqlamasında əməkdar artist, bəstəkar Elza Seyidcahan bildirib.Məlumdur ki, E.Seyidcahan bir neçə il bundan öncə deputat mandatı əldə etmək üçün namizədliyini irəli sürmək niyyətində idi.Maraqlıdır, özünü müxtəlif sahələrdə sınayan müğənni siyasətə addım atmağı fikirləşirmi?

“Artıq öz sözümü demişəm”

E.Seyidcahan düşünür ki, incəsənət siyasətin deyə bilmədiyi sözü deyir:

“Bizim mahnılarımız, əsərlərimiz xalqa, dövlətə xidmət edir. Yəni hər birimiz vətənimizi tərənnüm edir və bayrağımızı yüksəklərə qaldırırıq. Siyasətin deyə bilmədiyi sözü incəsənət deyir. Şahlardan, xanlardan qalan ənənədir ki, hər zaman şairlər, bəstəkarlar çiyin-çiyinə xalqla birlikdə dövlətin inkişaf yolunda addımlayıb.

Bu yaşıma qədər artıq çoxdan siyasətdə öz sözümü demişəm. Yəni siyasət sənətinlə xalqına xidmət etmək deməkdir. Əgər peşənlə millətinə xidmət edirsənsə, o zaman gözəl siyasətçisən. Düzdür, gələcəyim qarşıda olsa da, bu yaşımda artıq öz sözümü demişəm. Özünüz bilirsiniz ki, bir çox yarışmalarda münsiflər heyətində əyləşib Azərbaycanın müxtəlif regionlarında talantlar kəşf etmişəm. Tələbələrim digər ölkələrdə ölkəmizi təmsil edib bayrağımızı dalğalandırıblar. Elə bu, vətənə, xalqa xidmət deyilmi?”.

“Elzanın öhdəsindən gələ bilməyəcəyi iş yoxdur”

Müğənni seçkilər olarsa, deputatlığa namizəd olub-olmayacağından da söz açıb:

“Deputatlığa namizədliyimi verəcəyimlə bağlı məsələni gələcək göstərər. Şükür, bu gün dövlətimiz millət üçün böyük işlərə imza atır. İnsan sabah aqibətinin necə olacağını bilmir. Əgər xalqımız tərəfindən mənə etimad göstəriləcəksə və ya hər hansı iş tapşırılacaqsa, o işin məsuliyyətini dərk edib canla-başla onun öhdəsindən gələcəm. Elə bir iş yoxdur ki, Elza onun öhdəsindən gəlməsin.

Əgər qismətdə varsa, olar. Hələki yaradıcılıqla məşğulam.YAP-ın yolunda addımlamağa dəyər”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Farmacie On Line Italia falta comprar propecia en Canadian Generic Cialis Secure Generic Stendra Cod Only Worldwide Mastercard Cialis 20 Mg Tadalafil