Tolik:" Günlərin birində biz Damlanın digər üzünü görəcəyik"



Prodüser Tolik "sevəcəyiniz xanımın şou biznesdəki hansı xanıma bənzəməyini istərdiniz" sualına maraqlı cavab verib.

Analoq.az-ın məlumatına görə, “"X" maqazin" verilişinin qonağı olan prodüser üç məşhur xanım sənətçinin adını çəkib:

"Görünüşcə necə olmağını deyə bilmərəm. Çünki hər bir xanım gözəldir. Burun əməliyyatı keçirsə də, silikonsuzlardan olmalıdır. Xasiyyəti isə Röya və Xatirə kimi olsa yaxşı olardı. Xasiyyəti ha.. Çünki bu iki xanımda mərdlik var",

Tolik bildirib ki, sevdiyi xanımın xasiyyətcə Damlaya oxşamasını istəməz:

"Damla kimi olmasını istəməzdim. Çünki xasiyyəti yaxşı deyil. Biz onu sakit təbiətli tanıyırıq amma elə deyil. Günlərin birində Damla "partlayacaq" və biz onun digər üzünü də görəcəyik".(olke.az)

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi