Müğənni Şəbnəm Səməd Vurğunu aşıq Səməd kimi tanıyır



ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Analoq.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 20 saniyə ərzində 4 variantda cavab verməli idi.

Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...

Sadə suallardan sonra gələn qəliz suallar işi bir az çətinləşdirib. Belə ki, aparıcının “Avropada dörd ölkə” sualı müğənniyə olduqca çətin anlar yaşadıb.

“Bu yaxınlarda Dubaya getmişdik. Dubay Avropa deyil, amma yaxındı da. Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya”, - deyə cavab verib.

“Bəxt üzüyü” filmində Söylü demişkən “Beyləqan vəziyyət” bununla bitməyib. Növbəti sualı Şəbnəm xanım yenə də özünəməxsus şəkildə cavablandırıb.

“Rasim Balayevin oynadığı dörd obraz” sualına isə “Rasim Balayevi çox sevirəm, amma Azərbaycan filmlərinə inanın çox az baxmışam” deyə cavab verib.

Sonda aparıcıların köməyi ilə “Babək”, “Nəsimi” filmlərinin adını çəkən ifaçı “Mən o zamanlar uşaq olmuşam, necə baxardım” fikrini də bildirib.
“Dörd Azərbaycan şairi" sualına isə Tovuzlu Səməd Vurğun, aşıq Səməd, Zəlimxan Yaqub və Sücaət Əhmədovun adlarını çəkməyə müvəffəq olub.

Sonda oxucularımıza Məhəmməd peyğəmbərin bir kəlamını xatırlatmaq istəyərdim:

“Beşikdən qəbr evinə qədər oxuyun”...

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi