"Röya ilə mənimki tutmaz" - Xalq artisti



Xalq artisti Sərxan Sərxan uzun fasilədən sonra "5/5" verilişinin qonağı olub.

Analoq.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni şou-biznesdən bəhs edib. O bildirib ki, heç bir azərbaycanlı ifaçı ilə duet oxumayıb:

"Bircə dəfə Larisa Dolina ilə duet oxumuşam. Bizimkilərlə olmayıb, yəqin qorxurlar məndən. Gənclərdən Sevda Yahyayevanı bəyənmişəm, ifalarını çox sevmişəm. Onunla duet oxuyardım.

Röya ilə mənimki tutmaz, diapazonlarımız fərqlidi. Aygün Kazımova ilə də duet oxumaq istəyirdik. Bəstəkar bizi bir araya gətirmişdi. Hətta səsyazmaya belə getmişdik, daha sonra alınmadı. Brilliant dadaşova ilə də oxuyardım. Zülfiyyə Xanbabayeva ilə də mənimki tutar”.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi