Niyə bu müğənnilər məndən örnək götürmədi?" - Brilliant




Xalq artisti Brilliant Dadaşova qalmaqal edən müğənnilərə səslənib.

Analoq.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı "ATV maqazin onlarla"ya açıqlamasında hər kəsə özünü misal çəkib. O, xalq artisti İlhamə Quliyeva tərəfindən dəfələrlə təhqir edilsə də, ona cavab vermədiyinin səbəbini açıqlayıb:

"Mərhum İlhamə Quliyeva nə qədər məni təhqir edir, söz atırdı. Onu o qədər sevirdim... Bir dəfə ona cavab verməmişəm. Maqazinçilər nə qədər sual verib, cavab istəyirdi... İnsanlar örnək götürməli, baxıb öyrənməlidirlər. Bunlar cavab qaytarmamağı öyrənmədilər? Bu gün bir-iki nəfərin arxası var, buna güvənib böyüklərə cavab qaytarır. Axı təhqir edilənlər bizim musiqini dünyaya tanıdanlardır".

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi