"Azərbaycanın "dəmir ledi"siyəm"





"Azərbaycanın "dəmir ledi"siyəm"

"Siz aparıcılar söhbətin üstünə gəlməməlisiz. Amma hər gün danışırsınız. Barışıq olmayacaq, bunu bilin. Aparıcılar hər dəfə söhbətin üstünə gəlir. 5 ildir məhkəmə gedir. Üzr istəmədiyimə görə, dövlət mənə pul cəzası kəsib. Qərar qüvvəyə mindikdən sonra onu ödəyəcəm. Onlar beş nəfər məhkəmədə durdular və hakimdən tələb etdilər ki, Təranə Qumralı həbs edin".

Analoq.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "Səhər-səhər" proqramında deyib. Sənətçi həmkarı Nazənənlə arasında yaşanan qalmaqaldan danışıb. Təranə bildirib ki, heç vaxt Nazənənlə barışmayacaq.

Nazənin haqda sual verən aparıcı Elgiz Əkbərə əsəbiləşən T.Qumral məhkəmənin yaxın günlərdə başa çatacağını söyləyib:

"Elgiz, əsəblərimlə oynayırsan, etmə. Mənə Azərbaycanda bilirsiz nə deyirlər? Dəmir ledi... Komplekssiz insanam. Mənim makiyajsız fotom da yoxdur. Düşmənlərim kompüterlə düzəldib yaydılar. Səhər yuxudan duranda deyirəm, Allah mənə nə qədər nur verib. Gecə qarğış edib yatanlar, səhər güzgüdə özünə baxanda qorxurlar".

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi