Səməd Əlinin ona nifrət etmə səbəbini illər sonra açıqladı





Xalq artisti Səməd Səmədov müğənni Əli Mirəliyevin ondan nifrət etməsinin səbəbini açıqlayıb.

Analoq.Az Axşam.az-a istinadən xəbər verir ki, "Söhbət var" proqramına qonaq olan müğənni bildirib ki, buna səbəb "Bu qızların telinə bax" mahnısı olub:

"Eldar Mansurov mahnını Əli Mirəliyev üçün yazıb. Amma sonra mənə verib. Bir gün də Əli Mirəliyev oturub ki, televizorda indi bunun "Bu qızların telinə baxın" ifamı səsləndirəcəklər. Amma baxıb ki, Səməd oxuyur. Zəng vurub Eldar Mansurova, o da qayıdıb ki, Səməd səndən yaxşı oxudu. Həmin vaxtdan Əli məndən düşüb".

Səməd Mirəliyevin musiqi ansamblında oxuyan olmasından söz açıb:

"İllərdir toya gedirəm, çünki musiqiçilərə yaxşı pul verirəm. Əliaçıq adamam. Əli də o vaxtlar musiqiçilərə yaxşı maaş versəydi, indi məşhur olardı".

Analoq.Az


скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi