Nigar da DNT analizi verdi





"Eurovision 2011" qalibi Nigar Camal yarışma tərəfindən aparılan DNT analizinə müraciət edib.

Analoq.Az xəbər verir ki, müğənni artıq ötən gün testi yoxlamaq üçün göndərdiyini bildirib.

"Eldara artıq cavab gəldi. İndi mən də baxım genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqadan çıxıb, 4 həftə sonra biləcəm" deyə, Nigar söyləyib.

Qeyd edək ki, bundan əvvəl "Eurovision 2011" qalibi Eldar Qasımov da DNT analizinin nəticələrini paylaşmışdı. "78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsilliyəm" deyə, Eldar qeyd edib.

axsam.az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi