“Space”-in efirində aşıq "qanuni oğru"nu tərif etdi



“Space” telekanalının efirində növbəti dəfə ciddi nöqsanlara yol verilib.Analoq.Az xəbər verir ki, bu gün “Space” telekanalının efirində yayımlanan "Sevimli mahnı" verilişində Aşıq Mübarizin ifasında bir neçə tanınmış "qanuni oğru" tərif edilib.

Aşıq Mübariz "Cənub elin oğlanları" mahnısını ifa edən zaman "qanuni oğruları" tərif etməsi aparıcı Mikayıl Gülətdinoğlu tərəfindən də səssiz qarşılanıb.

Telekanaldan əldə etdiyimiz məlumata görə, “Space” telekanalının prezidenti Vaqif Mustafayev hadisədən xəbər tutan kimi dərhal teleaparıcı Mikayıl Gülətdinoğluna xəbərdarlıq edərək iradını bildirib. Demokrat.Az

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi