Bizi izləməyi unutmayın

#Maraqlı

AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN BƏYANATI

29-02-2016, 23:10 | 2 0312 dəfə baxılıb.

AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN  BƏYANATI
Azərbaycan Qaçqınlar Cəmiyyəti 1917-1921-ci illərdə erməni təcavüzünə qarşı xalqımızın milli azadlıq mübarizəsinin yenilməz sərkərdəsi, əfsanəvi xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin aşağıdakı tarixi xidmətlərini:
- 1917-ci ildə İrəvanın Vedibasar mahalı ərazisində Milli Hökumət və nizami ordu yaradıb, üç ildən artıq erməni-daşnak qüvvələrinə qarşı müharibə apardığını;
- 1918-1920-ci illərdə erməni generalları Andranikin, Njdenin, Dronun, Aram paşanın, Bek-Pirimovun, Doluxanovun, Aprosimovun, dəstə başçıları (xmbabet) Artuşun, Dəli Kazonun və başqalarının nizami ordu və quldur dəstələrini dəfələrlə darmadağın etdiyini;
- İrəvanla Naxçıvan, İrəvanla Dərələyəz-Zəngəzur və Naxçıvanla Göyçə mahalları arasında bufer zona yaradaraq həmin mahallardakı erməni hərbi qüvvələrinin birləşməsinə imkan verməyərək, onların parçalanıb zəiflədilməsini təmin etdiyini;
- Azərbaycanın tarixi torpaqları olan Vedibasar, Gərnibasar, Zəngibasar, Dərələyəz, Zəngəzur mahallarının və Naxçıvan diyarının dinc əhalisinin erməni-daşnak hərbi qüvvələrinin kütləvi qırğınından xilas edilməsindəki müstəsna xidmətlərini;
- 1920-ci ilin sentyabrında Bakıdan Nərimanovun, Naxçıvandan Bahadur Vəlibəyovun, XI Qızıl Ordu komandiri Yefremovun təkidli xahişlərindən sonra Naxçıvana gəlib, burada “Qırmızı Tabor” yaradaraq, Naxçıvan, İrəvan, Dərələyəz və Zəngəzur ərazilərindəki sonuncu daşnak qüvvələrini darmadağın edərək, Arazdan İran ərazisinə qovub tökdüyünü;
- Geri qayıdıb, Naxçıvan hökumətinin üzvü və Naxçıvan qarnizonunun rəisi kimi, çətin zamanlarda Naxçıvanın sərhədlərini qoruduğunu
nəzərə alaraq, onun bu il fevralın 24-də tamamlanan 130 illiyinin respublika, o cümlədən Naxçıvan MR miqyasında qeyd olunmasını məqsədəuyğun sayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova müvafiq müraciət ünvanlamışdır. Lakin təəssüf ki, Ermənistanda Andranikin, Dronun, Njdenin şərəfinə abidələr ucaldıldığı halda, vaxtilə bu erməni cəlladları ilə ölüm-dirim savaşı aparmış və hər dəfə onları ağır məğlubiyyətlərə uğratmış Abbasqulu bəy Şadlinski kimi böyük sərkərdənin, xalq qəhrəmanının yubileyini qeyd etməyi, onun tarixi-mənəvi haqqını özünə qaytarmağı Azərbaycan rəhbərliyi, o cümlədən Naxçıvan MR rəhbərliyi məqsədəuyğun saymamışdır. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bütün Qərbi Azərbaycan qaçqınları adından biz buna təəssüf edirik.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışlarının birində: “İndiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir” – demişdir. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz, millətin şüuruna və tarixinə həkk olunmuş bu sözləri ürəkdən alqışlayır, lakin həm də təəssüflə bəyan edirik ki, Azərbaycanda qaçqınlıq statusları, deməli, həm də tarixi torpaqlarına qayıtmaq hüquqları de-fakto əllərindən alınmış Qərbi Azərbaycan (indiki Ermənistan) qaçqınlarına, onların tarixi torpaqlarına, tarixi şəxsiyyətlərinə, tarixi mübarizə qəhrəmanlarına bu dərəcədə ögey münasibət davam edərsə, biz o tarixi torpaqlarımıza heç vaxt qayıda bilməyəcəyik!

Azərbaycan Qaçqınlar Cəmiyyətinin Idarə Heyətiскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Araşdırma

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri qırğınlar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Tariximiz yenidən yazılacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının