Pakistanın Şimali Vəziristan əyalətində 12 terrorçu məhv edilib




Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
 Pakistanın Şimali Vəziristan əyalətində 12 terrorçu məhv edilib

Pakistanın Hərbi Hava Qüvvələri Şimali Vəziristan əyalətinin Şavval yaşayış məntəqəsində məskunlaşan “Təhrik-e Taliban Pakistan” terrorçu qruplaşmasının azı 12 üzvünü məhv edib.
Hava zərbələri nəticəsində terrorçuların 3 sığınacağı da dağıdılıb.
Öldürülənlər arasında Livandakı “Hizbullah” qruplaşmasının komandirlərindən biri də var.
Xatırladaq ki, Pakistan 2014-cü ilin yayından “Əl-Qaidə”, “Təhrik-e Taliban Pakistan”, “Şərqi Türküstanın İslam Hərəkatı”, “Özbəkistan İslam Hərəkatı” kimi terror qruplaşmalarına qarşı “Zurab-e Azb” adlandırılan əməliyyatlara başlayıb. Bu əməliyyatlarda Pakistanın 30 min hərbçisi iştirak edib və 2,8 min terrorçu məhv edilib.

İslamabadскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi