Novruz tədbirindəki at qadını təpikləyib xəstəxanalıq etdi



Novruz tədbirindəki at qadını təpikləyib xəstəxanalıq etdi
Bu gün İmişli rayonunda sanki atların “qisas günü” olub.

Virtualaz. org xəbər verir ki, günün birinci yarısında rayonda keçirilən rəsmi Novruz şənliyi zamanı tədbirin senarisinə uyğun olaraq meydandakı tonqalın ətrafında dövrə vuran çaparlardan birinin atı qəfildən ürkərək tamaşaçı qadını təpiklə vurub. Aldığı xəsarətdən yerə yıxılan 58 yaşlı İmişli rayon sakini İsmayılova Xanımzər Şükür qızı təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İmişli Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, tibbi yardım göstərilmiş qadının vəziyyəti yaxşılaşdığından o, artıq evə buraxılıb.

Digər hadisə isə günorta İmişli rayonunun Bərcəvan kəndində baş verib. 30 yaşlı kənd sakini Gülxanım Manafovaya da at xəsarət yetirib. İmişli rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına verilmiş məlumata görə, qadın kəllə-beyin travması və sol topuq oynağının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir, vəziyyəti kafidir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi