• 16:14 – Ucar rayon sakinləri ölkə prezidentinə şikayət ünvanladılar 
  • 21:30 – Dəniz Baykal dünyasını dəyişəcək,Rəcəb Teyyub Ərdoğanın səhhəti pisləçəcək,Mixail Saakaşvili prezident seçiləcək-Tanınmış ekstrasensin proqnozları 
  • 20:30 – Tibb bacısı görün neynədi 
  • 19:35 – Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan görüşün təfərrüatı 
  • 16:00 – Zəlzələ,güclü partlayış olacaq,məşhur estrada ulduzu xərçəng xəstəliyindən dünyasını dəyişəcək 
  • 15:30 – Dərsliklərdə olan səhvlərə kim cavabdehdir? 
  • 22:30 – Azərbaycanlı alimdən bayrağa qarşı hörmətsizlik 
  • 18:43 – Azərbaycanlı qəssab fəxri fərman aldı 

"Apple" şirkətindən yenilik

  • Tarix: 21.03.2016, 13:35,
  • Bölmə: Maraq
  • Baxılıb: 5395
"Apple" şirkətindən yenilik "Apple" şirkətindən yenilik "Apple" şirkətindən yenilik
"Apple" şirkətindən yenilik

"Apple" şirkəti bu gün öz müştərilərini daha bir neçə yeniliyi ilə sevindirməyə hazırlaşır.
Milli.Az ansperss-ə istinadən bildirir ki, Bakı vaxtı ilə saat 21:00-da Kaliforniyada şirkətin yeni məhsulunun təqdimatı olacaq. Əslində hansı məhsulların bu gün nümayiş ediləcəyi dəqiq deyil. Lakin ehtimallar var. Onlardan biri yeni "iPhone" olacaq.

İlk olaraq "Apple"sevərlər yeni smartfon gözləyirlər. Söhbət "iPhone 5SE"dən gedir. Hələlik telefon haqqında bir məlumat var. Onun ekran ölçüsü 4 düym olacaq. Bu da onu deməyə əsas verir ki, "Apple" yeni kiçik ölçülərə geri qayıdır.
Ehtimallara görə, telefon qızılı, gümüşü, boz və çəhrayı rənglərdə olacaq. Onun ən aşağı yaddaşlısının (16 gb) qiyməti isə 400 dollar civarında dəyişəcək. Qiymətinə və ölçüsünə baxmayaraq keyfiyyətli çəkilişinə görə, o heç də digərlərindən geri qalmayacaq. Belə ki, smartfonda 8 və ya 12 meqapiksellik kameranın olacağı gözlənilir.

Ehtimallar görə, sərfəli qiymət və kiçik ölçülər "Apple"i Çin və Hindistan bazarında daha rəqabətədözümlü hala gətirə bilər.

İkinci yenilik isə "iPad Air 3" ola bilər. Planşet bazarında ən yaxşı hesab edilən "iPad Air 2" nin təqdimatından artıq iki il ötür. Buna görə, də ekspertlər artıq yeniliyin təqdimatının vaxtını çatdığını düşünürlər.

"iPad Pro"dakı sistemin bir çoxunun olacağı yeni iPad-ın ekran ölçüsü 9,7 düym ola bilər.

Üçüncü ehtimal isə "Apple Watch 2"dir. Düzdür son dəfə saat bir il öncə təqdim edilib. Amma bazardakı sürətli inkişafı nəzərə alsaq "Apple"nin bu adda yeni məhsulunu da bu gündən etibarən satışa çıxara biləcəyini gözləmək olar.

Həm də "Apple"nin uzun müddətdir yeni saat üzərində çalışdığı heç kimə sirr deyil.
Milli.Azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV