Bizi izləməyi unutmayın

#Maraqlı / #Ədəbiyyat

Növrəs İman:"Axtarmadı qohum,qardaş,ellərim"

23-03-2016, 15:36 | 2 1622 dəfə baxılıb.

Növrəs İman:"Axtarmadı qohum,qardaş,ellərim"
Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir.İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır.Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur. Təəssüf ki, o ,xəstələndikdən sonra bu sənət incilərinin əksəriyyətini öz əli ilə məhv etmişdir. Deyilənlərə görə onun dram əsərləri də varmış. İman özündən əvvəlki bir çox aşıq və el şairlərinin şerlərinə cavab yazmış və açılmamış qıfılbəndləri açmışdır.Növrəs İmanın Şahmalı Salahov adlı bir oğlu olub
İstedadlı Şair Qılman İman Növrəs İmanın şeirlərini xüsusi olaraq analoq.az saytına təqdim edib.

****************

Zəlilü natəvan, əlacsız yazıq,
Sən olasan mənim canım, ağlama!
Artırma dərdimi həddən ziyada,
Qoy mən eşq oduna yanım, ağlama!

O ağlar gözünə olum sadağa,
Ahusan,səyyadam, gəl çıxaq dağa!
Leylisən, Məcnunam, enək bulağa,
Söylə mətləbini qanım, ağlama!

Dünyadan əl üzüb İman aşkara,
Neyləyim bu dərdə mən bəxti qara?!
Səni ağladanlar düşsün azara,
Dünyadan beş qalıb sanım, ağlama!

****************

Arif əhli, bir söz deyim, qınama,
O zaman ki, bu dünyanı gəzirdim.
Həsrət oldum elə, ata-anama.
Dolandırıb yazıq canı gəzirdim.

Dilimdə kəlmeyi-ayeyi Quran,
Fikrim-zikrim oxumaqdı hər zaman.
Eşit sözlərimi, doğru bil, inan,
Adı gözəl bir mövlanı gəzirdim.

Nagahdan bəlaya tuş oldu sərim,
Axtarmadı, qohum-qardaş, ellərim!
Könül qəmli, qanlı yaşı gözlərim,
Seyr eləyib gülüstanı gəzirdim.

Ha deyim dərdimi, nə gələr başa?
Aç sinəm dəftərin, eylə tamaşa.
Əzalarım düşdü yanar ataşa,
"Yahu" - deyib bir cavanı gəzirdim.

Bir mələk misallı, tutidil cavan,
Axır getdi, məni etdi bağrı qan.
Demir necə oldu Növrərstə İman?
Mən də o pür dürlisanı gəzirdim.

****************

Kərimi-Xudasan, irəhmi-kərim,
Çarəsiz dərdimə sən eylə əlac!
İsgəndərə verdin qurğu-busatı
İstədi dünyadan alaydı xərac!

Qəhrin hər kimsədə başa gələrsə,
Əriyər, dayanmaz, daşa gələrsə,
O hüsni-qüdrətin coşa gələrsə,
Sayılmaz sailə geydirərsən tac!

İki mələk leyli-nəhar üstümdə,
Qiyamətə nə aparım dəstimdə?!
İmanam, getməkdi mənim qəstimdə:
Kərbəla,Məşhədi qismət olsa hac!

****************

Təcnis

Ey təzə şahbazım, həm sərvinazım,
Qulluğunda var bir ərzim:Sənəm al,
Yolunda sadağa candı niyazım,
Layiq deyil, qurban kəsəm sənə mal.

Götürmüşəm çox sağalmaz yara mən,
Qəm çəkərmi ləblərindən, yar, əmən.
Layiq olsam qulluğunda yara mən
Geydirərəm al üstündən, Sənəm, al.

Növrəs İman, günün gəldi nə qara!
Bad əsdi, zimistan oldu nə qara.
Çarxı-gərdiş yenə çaldı naqara,
Ay, gün kəmənd atdı, qurdu sənəm al.

****************

Hələ qəflətdəsiz, yatmısız hələ,
Sayıb məni bir divanə - deyərsiz.
Cəfanız çox olar, yəqin il-ilə,
Dərdinizi ruhi-cana - deyərsiz.

Sərsəri fanidə qırılar canlar,
Tökülər yaxında çox nahaq qanlar.
Seçilməz haqq-nahaq, yolu qananlar,
Məhəttəlik bu divana - deyərsiz.

Ucalar dillərdə ah ilə fəryad,
Bir tərəfdən olmaz eyləyən imdad.
İstəkli dost dostun etməyəcək yad,
Kəc dolanıb bu zamana - deyərsiz.

Yanmaz, gecə çox çıraqlar qaralar,
Gərdiş eli bir-birindən aralar.
Pozular bağçalar, güllər saralar,
Səfər edib biyabana - deyərsiz.

Ömrə vəfa yoxdu, çoxdu cəfası,
Bərhəm olsun bu dövranın əsası.
Növrəs İmandakı dərdin binası,
Qurulubdu doğruyana - deyərsiz.

****************

Yeddi "lam" seçmişəm ayeyi Quran
Biri "əlif", biri "bey"di, beşi nə?
Yeddi kimsənədi məxluqa pənah,
Biri Allah, biri Əli, beşi nə?

Könül, qafil olma axtar, a yazı,
Təbib olan dərdə dərman, a yazı.
Yeddi mələk aləmlərə, a yazı,
Biri ölüm, biri dirim, beşi nə?

Növrəs İman, nə düşübsən gümana?
Özünü qərq etmə dərya- ümmana.
Yeddi şeydi vacib olan insana:
Biri günah, biri səvab, beşi nə?

****************

Əziz ata, itgin gedən fərzəndin,
Ağla hey düşəndə yada doyunca.
Mənim gərdənimdə çarx kəməndini,
Dolandırar bu dünyada doyunca.

Məndən dost-qohuma azca gileylə,
Nə qarğa dalımcan, nə hədyan söylə!
Əl götür duaya, minacat eylə,
Bəlkə yetəm bir murada doyunca.

Halal qıl İMANI, qohum-qardaşım,
Çeşmim ağlar, qaranlıqdı günəşim.
Əgər bir İlahi düzəltsə işim,
Şad olaram Kərbəlada doyunca.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Bu gün İsmayıl Şıxlının doğum günüdür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Tarixçi-aşıq 39 yaşını qeyd edir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət

Aşıq Şenlik kimdir?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının