ÇERNOBILDA HƏYAT 30 İLDİR DAYANIB

ÇERNOBILDA HƏYAT 30 İLDİR DAYANIB
Tarix: 9-04-2016, 04:22 Toplam: nəfər paylaşdı.


ÇERNOBILDA HƏYAT 30 İLDİR DAYANIB
Ancaq canavarların sayı 7 dəfə çoxalıb

Dünyanın ən böyük nüvə fəlakətinin yaşandığı Çernobılda həyat 1986-cı il tarixindən bu yana sanki dayanıb.
Prypyat şəhəri nüvə fəlakətindən sonra 3 saat ərzində boşaldılıb və şəhər sakinləri evlərini tərk ediblər. 105 metr hündürlüyündə, 150 metr uzunluğunda və 260 metr enində olan polad günbəzin məqsədi qəzada yanan və sonra minlərlə ton betonla örtülən 4-ci reaktorun xarici aləmdən tamamilə təcrid olunmasıdır. Qeyd edək ki, 1986-cı il aprelin 26-da baş verən qəzanın ardından nüvə reaktordan havaya qarışan radioaktiv küllər və tullantı maddələri Sovet İttifaqının Qərb hissələri və Şimali Avropaya da təsir edib, hətta Amerika qitəsinin qərb sahillərində belə radioaktiv sahələrdə müəyyən yüksəlmələrə səbəb olub. Bölgədə 200 min insanın evakuasiya edilməsinə səbəb olan qəzanın neçə insanın həyatına bais olduğu isə tam olaraq bilinmir. Çernobıl partlayışından sonra küləyin təsiri ilə Türkiyənin şimal sahillərinin də radioaktiv küllərdən təsirləndiyi iddia olunur. Radiasiya yayılmağa imkan tapmadan ev heyvanlarının çoxu insanlarla birlikdə bölgədən köçürülüb. Bütün cəhdlərə rəğmən insanlar heyvanların bəzilərini orda qoymaq məcburiyyətində qalıblar. Ancaq son zamanlar yasaq bölgədə vəhşi heyvan sürüsü artıb. Xüsusən də, bölgədəki canavarların sayında kəskin artım müşahidə olunur. Buradakı canavarların sayı digər təbii qoruqlardakı canavarların sayından yeddi dəfə artıqdır. Bu isə birmənalı olaraq, həmin bölgədə ovçuların olmaması ilə əlaqələndirilir. "Current Biology”də dərc olunan bir məqaləyə görə, Çernobıldakı heyvan sürüsü rayona qayıdaraq həyatlarına davam edir. Ancaq yazarların da qeyd etdiyi kimi, bu vəziyyət radiasiyanın təhlükəsiz olduğu anlamına gəlmir: "University of Portsmouth”un ortaq yazarı Cim Smitin sözlərinə görə, bunun səbəbi radiasiyanın vəhşi həyat üçün yaxşı olduğu yox, insan məskunlaşmalarının, ovçuluq, əkinçilik və meşəçiliyin olmamasıdır”.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10