Yenə devalvasiya olacaq

Yenə devalvasiya olacaq
Tarix: 9-02-2016, 14:44 Toplam: nəfər paylaşdı.


Milli valyutamızın “üzən məzənnəyə” keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, iqtidar manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”. Ekspertlər isə musavat.com-a manatın yaxın gələcək üçün gözlənilən aqibətindən danışıblar. Milli Məclisin deputatı Vahid Əhmədov musavat.com-a bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: “Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar”. V.Əhmədov manatın devalvasiya təhlükəsindən də danışıb: “Devalvasiya ola da bilər, olmaya da bilər. Bu, hökumətin atdığı addımlardan asılıdır. Bizim üçün yaxın və gələcək perspektiv var. Bu gün üçün qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının ixracını yüksək səviyyədə artırmalıyıq. Kənd Təsərrüfatı Nazirliyi işlər görür. Amma kənd təsərrüfatının inkişafına diqqət artırılmalıdır. Bir də vaxtilə özəlləşdirilən müəssisələr var ki, hazırda işləmir. O müəssisələri işə salmaq lazımdır. Ümumiyyətlə, qeyri-neft sektoru inkişaf etməsə, neftin qiymətində də artım olmasa, manat təhlükədə olacaq. Manata təhlükə hələ qalmaqdadır. Devalvasiyanın olmaması Azərbaycan hökumətinin, Mərkəzi Bankının apardığı siyasətdən asılıdır”.Yenə devalvasiya olacaqскачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10