Məhkəmə belə qərar verdi



Məhkəmə belə qərar verdi

Türkiyəli aktrisa Berrak Tüzünataç narkotik maddə istifadə etdiyinə və dəfələrlə alıcısı olduğuna görə məhkəmə tərəfindən cəzalandırılıb.

Analoq.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Birinci İnstansiya Cinayət Məhkəməsində keçirilən davaya aktrisa qatılmayıb, onu vəkili təmsil edib.

Məhkəmə zalında çıxış edən vəkil bildirib ki, müvəkkili narkotikdən istifadə etmir: “Müvəkkilimin nə üzərində, nə də əlində narkotik maddə tapılıb. Həm də hadisə baş verən tarixdə narkotik maddə istifadə etmək təqsir sayılmır. Eyni təqsirləndirmələrlə açılan davalarda şübhəli şəxslər sərbəst buraxılıb”.

Hakim isə Tüzünataçın avtomobilində narkotik tapıldığını ifadə edərək onun narkotikdən istifadə etdiyini və buna görə müalicə almalı olduğunu bildirib.
Məhkəmə tərəfindən aktrisanın həbs olunmamasına, lakoin müalicə almalı olduğuna dair qərar verilib. Əgər Tüzünataç qərara əməl etməsə davaya davam ediləcək, o zaman o, həbs oluna bilər.

Xatırladaq ki, Türkiyə polisinin keçirdiyi narkotik əməliyyatında B. Tüzünataç ilə birlikdə Kənan İmirzalıoğlu, Sarp Apak, Nehir Ərdoğan və Engin Altan Düzyatan da olub.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi