Ən etibarlı bank etibarsız çıxdı



Ən etibarlı bank etibarsız çıxdıAzərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 qərarı ilə "Texnikabank" ASC müflis elan edilib və iflas proseduru başlanılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, "M.M.M. Perfekt Konsaltinq" MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib. Ləğv prosesində olan "Texnikabank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
"Texnikabank" ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün bankın baş ofisi ilə yanaşı, filial və şöbələrinə müraciət edə bilərlər
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi