10 YAŞLI UŞAQ: “ATAMDAN EŞİTMƏDİKLƏRİMİ SONRADAN GÖRDÜM”



ATAMDAN EŞİTMƏDİKLƏRİMİ SONRADAN GÖRDÜM

( Atası Ramil Mərzili tərəfindən çok cüzi bir redaktə ilə)

Hərdən atama Ağdam haqda, Mərzili haqda suallar verirəm. Mənə maraqlıdır atamın necə uşaq olduğu, dərslərini necə oxuduğu. Boş vaxtlarında kimlərlə nələr oynamağı. Atam səbrlə suallarıma cavab verir həmişə. Amma heç vaxt öz uşaqlıq xatirələrin tam danışmayıb. Hansısa bir yerlərə çatanda ötüb keçib üzərindən. Atamın 11 yaşında yaşadıqlarını çox soruşsam da, mənə qısa cavablar verərək, “bir az böyü, hər şeyi özün biləcəksən” deyib. Heç vaxt müharibənin nə olduğunu bacımla mənə başa salmaq istəməyib. Onun insanlardan nələr aldığını, əvəzində nələr verdiyini demək yerinə susurdu. Bəzən bu söhbətlərdən sonra atam yataq otağına keçib saatlarla tək qalardı.
Atamın əsgərlik şəkillərinin toplandığı alboma baxanda onun silahlarla şəkilləri məni həmişə maraqlandırırdı. Bir dəfə sual verdim - “Ata, heç erməni öldürmüsənmi?” Üzümə qəribə baxaraq dedi ki, “Vüqar, düşmənləri müharibədə öldürürlər, əsgərlikdə yox. Əsgərlik dövründə bunun üçün təlimlər keçirilir sadəcə”. Mənə qəribə gəldi və uşaq ağlımla dedim ki, “daha erməni öldürməyəcəkdinsə neynirdin əsgərliyə gedib, neynirdin silahlarla şəkillər çəkdirib alboma yığmağı”. Atam sakitcə üzümə baxıb, başını bulayaraq çıxmışdı otaqdan.
Müharibə anlayışı mənim üçün anamdan eşitdiyim ötəri məlumatlar və baxdığım tarixi döyüş filmlərindən ibarət bir qaranlıq dünya idi. O vaxta qədər ki, 2016- cı ilin aprel ayı gəldi. Tək- tək, bəzən qarşılıqlı, bəzən qarşılıqsız atılan silahların fasiləsiz olaraq davam etdiyi gün gəlib çatdı. Yaşadığımız yerdə arvad- uşaqlar, baba- nənələr maşınlara doldurulub çıxarıldı. Ağıaşma, qışqırışma səsləri sanki bütün dünyanı bürümüşdü o gecə.
Babamgilin küçəsində başdakı evin həyətinə top mərmisi düşmüşdü. Onun bir parçasını əmim həyətlərindəki qoz ağacının dibindən tapıb göstərdi bizə sonradan. Mən götürüb baxmışdım deyə, babam mənə acıqlanmışdı ki, “get əlini sabunla yu gəl, zəhərlidir belə şeylər, əl vurma bir də”. Atamdan xahiş etmişdim şəklin çəkib saxlasın, böyüyəndə ondan götürəcəm deyə. Çəkdi atam, sağ olsun.
Atam, əmilərim, digər kişilər evlərə keşik çəkmək üçün qalmışdılar. Babam bizim hamımızla birgə Bərdədə qohumumuzgildə müharibəni “yarım saatlıq aralıdan” izləyirdi. Silahların səsi pəncərə şüşələrin yerindən çıxaracaq qədər qorxunc idi. Biz yol gedəndə göydə uçan mərmilər gecəni sanki gündüzə çevirmişdi. Hər yer aydın görünürdü. Hətta yol boyu ev əşyaların belinə yükləyib yolların kənarında dayanan maşınların içərisində şüşəni öpərək oynayan uşaqları da, ordan qaçmaq üçün maşın gözləyərək hər iki əlini göydə yelləyən çarəsiz insanları da görürdüm.O gecə tez böyümək istəmişdim. Mən də bir silah götürüb döyüşmək istəyirdim.
Yadımdadır, bacım atama bir sual vermişdi biz maşına oturanda. “Ata, ermənilər bizi öldürəcək? Bəs sizin balanız, mənim atam, anam, qaqam kim olacaq onda?” Atam udqunmuşdu nəsə, bacımın alnından öpüb tez maşına oturdub, “Yox ömrüm, biz onları susduracağıq” demişdi. Bəzən bacımı qısqanıram, sanki atamın ona qədər ömrü yox imiş kimi davranırlar deyə. Axı atamın ilk ömrü mən olmalıydım. Amma Nuray şirindi deyə bəlkə atam ona elə deyir həmişə. Anam mənə deyir ki, sən kişisən deyə ata səni çox öpüb oxşamır. Amma məni düşündürən söz “ömrüm” deyildi o gecə. Mən atamdan “susduracağıq” sözünün yerinə “öldürəcəyik” sözün eşitmək istəmişdim. “erməniləri öldürəcəyik” deyəydi gərək. Amma niyə elə demədi? Bəlkə də, beş yaşlı bacım ölüm sözündən qorxardı deyə demədi. Ya bəlkə atamın öldürmək üçün silahı yox idi deyə demişdi, bilmirəm. Bildiyim o idi ki, mən böyümək istəyirdim. Lap reklamlarda süd içərək bir günə böyüyən uşaqlar kimi... Geri qayıtmaq, evimizi, bağımızı, nənəmgilin meyvə ağaclarını qorumaq üçün. Axı bu il meyvələr yaxşı bar gətirmişdi babamın dediyinə görə.
Dörd gün davam elədi müharibə. Bütün günü susmurdu silahların səsi. Gecələr ən çox daha ağır silahlardan atırdılar nəydisə, səsi yaman gur gəlirdi. Gecələri anamın qollarında üşüyürdük bacımla, aprel ayı olsa da. Atam, əmilərim gündə bir dəfə növbəylə gəlirdilər yanımıza. Çörək zad yeyib gedirdilər. Mən dostum Zeynalla həyətə düşər, atışmanın səsləri ilə “dıy- dıy” oynayırdım. Bir- birimizi vurardıq oyuncaq tapançayla. Nənəmi bir dəfə ağlayan gördüm, neylədim demədi mənə niyəsini. Söz vermişəm özümə, bir az böyüyüm, nənəmdən soruşacam onu. İndi kimə nə sual versəm “balacasan” deyib, keçirlər.
Müharibə dayandı və biz geri qayıtdıq. Bir dəfə məktəbdə kimdənsə belə söz eşitmişdim, demişdi ki, “tarix nə zamansa dönüb dolaşır, təkrar olunur”. Düşünürəm, atamın 11 yaşında gördüklərini mən 10 yaşımda gördüm qismən. Fərq isə təkcə arada olan bir il deyildi, həm də o idi ki, atam bir daha uşaqlıq illəri keçən evinə qayıda bilməmişdi. Mən isə qayıtdım hazırda yaşadığımız evə. Ən böyük arzularımdan biri də- atamın uşaqlığı qalan kəndini ermənilərdən azad edəcək dəstənin içərisində olmaq və atamı özümün oraya aparmağımdır. Dediyinə görə orda məftildən düzəltdiyi güzgülü zadlı niva maşını qalıbmış. Onu götürüb atama verərdim. Görəsən nə edərdi onda? Gülərdi, ya ağlayardı!?!

Hüseynzadə Vüqar Ramil oğluскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Amoxicillin Allergic Reaction In Children Clobetasol Visa From Canada Next Day Worldwide Bentyl Legally In Us http://truthaboutstaininggrid.com Propecia Saw Palmetto Serenoa Repens Propecia Musculo Taking Anaprox With Amoxicillin