• 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 
  • 20:00 – Tanınmış Azərbaycanlı model Ramina Abbasova Yeni il və Həmrəylik günü münasibətilə hər kəsi təbrik edir - FOTO 
  • 23:38 – Məktəbdə ingilis dərsi deyən müəllimin ermənilərə olan sevgisi 
  • 00:32 – Qəbirstanlığın yanından keçəndə musiqi dinləmək olarmı?-İlahiyyatçıdan maraqlı münasibət 

Orta aylıq nominal əmək haqqı 466,4 manatı keçdi

  • Tarix: 15.02.2016, 15:19,
  • Bölmə: Maraq
  • Baxılıb: 5271
Orta aylıq nominal əmək haqqı  466,4 manatı keçdi Orta aylıq nominal əmək haqqı  466,4 manatı keçdi Orta aylıq nominal əmək haqqı  466,4 manatı keçdiAzərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci il ərzində 5% artaraq 466,4 manat olub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 495,8 min nəfər olub, onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektoru, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,6%-i təhsil, 19,0%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Qeyd edək ki, orta aylıq nominal əmək haqqının illik artımı ABŞ dolları ekvivalentində müqayisə olunarsa, hazırda bu, təxminən 301 dollara, bir il öncə isə 566 dollara bərabər olub, yəni, dollar ifadəsində bu göstərici 2015-ci ildə 47% azalıb.
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV