Mənim atam-Dərviş Cavanşir böyük qızı Aysunun xatirələri



Analoq.az "Mənim atam" layihəsinin bu sayında tanınmış şair Dərviş Cavanşirin (Cavanşir Eloğlu)
böyük qızı Aysunun xatirələrini təqdim edir:

Atam mənim çırağımdı,mən işığımı itirdim...
Mən ata deyəndə gözümün önünə zəif işıqlı çıraq gəlir,şam yox ha-çıraq...çünki mən atamın çıraq işığında yazdıqlarını dinləyərək böyüdüm.

O,gündüzlər səssizcə oxuyar,gecələrsə şeir yazardı-əgər ağrıları imkan versə...Mən oxuduğum nağılların,romanların əksini gördüm:elə bilirdim atalar ağlamır,amma gecələr atamın ağrılarına dözməyib çıraq işığında axan göz yaşlarını gördüm.O ağrıdığını da öz şairanə sözləri ilə deyərdi:"Aysu,arxam-dayağım yoxdu,
Aysuuu,kürəyim..."deyib əli ilə belini tutardı.

Baxmayaraq ki,nəslimiz çox böyükdü və çoxlu "dost"ları vardı,amma özünü həmişə tək hesab edərdi.Hələ də bilmirik o ağrıların səbəbi nəydi.Bəlkə də həkimə gedəndə özü bildi,amma bizə söyləmədi.Ancaq o zaman həkimə getdi ki,artıq hər şey gec idi.

Maddi imkansızlıq Cavanşirin bu dünyadan bir yazar kimi yarımçıq getməsinə səbəb oldu.Axır vaxtlar tez-tez deyərdi-sanki öləcəyini bilirmiş kimi:"Bu ağrılar imkan vermir yazam.Hiss edirəm ki,sözlərim yarımçıq qalacaq,mən öz sözümü tam deməmişəm ədəbiyyatda." Atam çox zəhmli kişi idi,ailədə hamımız rəhmətlikdən qorxardıq.

Onun bəzi xasiyyətlərinə görə o zaman qınayardım,amma indi fikirləşirəm ki,kaş ki, simaca bənzədiyim kimi xasiyyətcə də oxşaya bilsəm.Amma bilirəm ki,Cavanşir olmaq çətindi və Cavanşir kimi olmaq da mümkün deyil.

Qeyd edim ki,atam şəkil çəkdirməyi sevməzdi.Kaş indi əlimdə onun şəkilləri olaydı.Axı şəkil canlı tarixdir.

Hazırladı:Savalan Talıblı
Mənim atam-Dərviş Cavanşir böyük qızı Aysunun xatirələri
Mənim atam-Dərviş Cavanşir böyük qızı Aysunun xatirələri
Mənim atam-Dərviş Cavanşir böyük qızı Aysunun xatirələriскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Viagra En Pharmacie Tunisie Cialis Generic 5mg viagra online pharmacy Cialis Sur Ebay