Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri » Bizim analoqumuz yoxdur!
 
  • 22:00 – Çörək bahalaşdı 
  • 15:30 – Ərdoğanla Makron telefonda nə danışıb? 
  • 13:09 – Qacmaq istəyirəm 
  • 21:30 – İcra başçısı məcburi köçkünlərə verilən evləri satır-Kəlbəcərdən olan məcburi köçkün 
  • 19:16 – Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir 
  • 09:30 – Futbolçuyla bağlı bəzi kadrlar polisə təhvil verildi 
  • 13:48 – Daimi nümayəndəliyinin rəhbəri Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiriylə görüşüb 
  • 22:30 – Reket jurnalistlər həbs olundu 

Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri

  • Tarix: 09.06.2017, 20:30,
  • Bölmə: Maraq
  • Baxılıb: 5870
Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri
Analoq.az "Mənim atam" lahiyəsinin bu sayında tanınmış şair,ictimai xadim Sadiq Qara haqqında oğlu,yazar,ilahiyyatçı Tural İrfanın xatirələrini təqdim edir:


Atam Sadiq Qaranın atası müharibədə qalmış, yetimliklə böyümüşdür.

İki ali təhsil alaraq bir çox vəzifələrdə çalışmışdır.
Ciddi, zəhmli, etibarlı, ziyalı, elmli, səbrsiz, kədərli, şair təbiətli, əxlaqlı bir insan idi.

Səmimi və olduqca sadə idi.

Üç dəfə mərhum Heydər Əliyevlə görüşü olmuş, bu haqda maraqlı bir xatirəni özü belə nəql etmişdi: Qax rayonuna Nəzarət Komitəsinə sədr təyin ediləndə o dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev şəxsən kadrları yoxlayıb təyin edirdi.

Təqdimatla Mərkəzi Komitəyə gəldim, Ramiz Mehdiyev qarşılayaraq bizi üç nəfər olaraq təyinat verilmək üçün Əliyevin qəbuluna apardı.

Digər iki nəfəri dinləyib hərəsini bir rayona təyin etdi. O şəxslərdən biri o zamanlar Kirovabad adlanan Gəncə şəhərinə təyin olunurdu.

Atam deyirdi ki, Heydər Əliyev o şəxsə dedi ki,gərək ciddi işləyəsən, Gəncə Gəncədir, ikinci böyük şəhərdir...

O zaman Kirovabada Gəncə demək cəsarət istəyirdi. Öz milliliyini Sovet hakimiyyəti idarəçiliyində belə unutmurdu, cəsarətlə ifadə edirdi Əliyev...

Mənə özümü təqdim etməyim haqda sual ünvanlayanda mərhum şair Teymur Elçin dedi ki, bu Sadiq Qaradır, Şəlalə qəzetinin baş redaktoru işləyib, hətta şairliyi də var. Onda Heydər Əliyev gülümsəyərək mənə tərəf çönüb dedi: get doğru-dürüst işlə, əgər qələm əhlisənsə lap yaxşı, bu iş sənin üçün daha asan olacaqdır...

...Və atam bu vəzifədə həqiqətən də etimadı doğruldaraq bir müddət, 1983 cü ilədək işləmişdi.

Atamın Xəlil Rza Ulutürk və Elçibəylə də münasibətləri olmuşdu. Elçibəyin Əlyazmalar institutunda işlədiyi zamanlar tez-tez görüşərmişlər.

Atam bu görüşlər haqda nədənsə çox az danışardı. Elçibəy prezident seçiləndə bircə onu dedi ki, çox heyf Elçibəydən,o indi yox, Azərbaycanın beşinci-altıncı Prezidenti olmalıydı...Devriləndə də təəssüflə əvvəlki sözünü təkrarladı...

Gəncədə Kənd Təsərrüfatı Akademiyasında ilk ali təhsilini alarkən unibersitetə qonaq gəlmiş Nazim Hikmətin oğluna həsr etdiyi şeiri oxuyarkən Nazim Hikmət kövrəlmiş və elə oradan da sonralar da davam edən münasibətləri yaranmışdı.

Nüsrət Kəsəmənli ilə maraqlı xatirələri var idi.
Rəsul Rza o dövrdə Ədəbiyyat qəzetində ona uğurlar yazmışdı. Onunla, Anarla, Xəlil Rzayla, Nüsrət Kəsəmənli ilə, Aşıq Şəmşirlər, Hüseyn Saraclı ilə, Məmməd Arazla, Məmməd Aslanla, Oqtay Rzayla və başqaları ilə şeirləşmələri, deyişmələri və hələ heç kəsə məlum olmayan məktublaşmaları və qatı açılmamış məlumatlar var şəxsi arxivində.

Bu arxiv hazırda məndədir. Mətbuata maraqlı olacağı təqdirdə açmağa hazıram.

Çox zəngin kitabxanası var. Hazırda o kitabları yer və saxlama çətinliyi üzündən ya muzeyə,ya da hansısa birliyə təhvil verməyi düşünürəm.
Hesab edirəm ki, vaxtında layiqli qiymətini almadı.

Sovet vaxtı ona məktublarında :" Sən böyük şairsən, səndən yoxdur, biz səndən öyrənirik, sənə məsləhət vermək artıqdır, sən dahisən..." deyən xalq şairləri müstəqillik dövründə onu unutdular. Hətta müraciət də etdi, yaxın durmadılar... Çox şeylər var arxivdə. O arxivi açsam çox " şairlərin" paxırı açıla bilər...

Aşıq Şəmşir bir şeirində atama deyirdi : Bəlkə ikimizi bir ana doğub?

Nüsrət Kəsəmənli avtoqrafında yazırdı : İlk müəllimim, ustadım...

Məmməd Araz yazırdı: Sən böyük şairsən, mənim sənə məsləhət verməyim artıqdır...

Xəlil Rza yazırdı: Mərhəba,ey mənim Türk qardaşım...

Rəsul Rza yazırdı : Ümidvaram ki, sən gələcəyin parlaq bir şəxsiyyəti, müqtədir bir şairi olacaqsan...

Anar yazırdı : Sənin şeirlərin çap üçün hazırdır. Sadəcə fürsət olan kimi çapa verəcəyəm...

Oqtay Rza yazırdı : Əziz Qara, altı qitə- altı oğlun necədir?..

Heydər Əliyev ona demişdi: ... Sən şairsən, bu işdə işləmək sənin üçün asan olacaq !

İş, vəzifə, yaradıcılıq onun üçün asan olsa da, təəssüf ki, həyat onun üçün heç də asan olmadı.
Qayğılarla keçən ömür əyilməzlik və sınmazlıqla həmahəng olaraq keçdi.

Hazırladı:Savalan Talıblı
Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri

Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri

Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələri
Mənim atam-Üç dəfə Heydər Əliyevlə görüşən Sadiq Qara haqqında oğlunun xatirələriскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV