Qədr gecəsində Qurani-Kərimi başa qoymağın mənası nədir?



Qədr gecəsinə toplaşanların başlarına kitab və ya vərəqə qoyaraq hansısa ritualı yerinə yetirmələridir.

“A24.az” bunun nə ritual olduğu aydınlaşdırmaq üçün Bakıda yerləşən bir neçə “Fatimeyi-Zəhra” məscidi ilə əlaqə saxlamağa çalışdı. Yasamalda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidinin axundu Ramiz Tahirov bu ritualın mənasını belə izah etdi:

“Bu kitab hamımızın bildiyi, Allahın Peyğəmbərinə göndərdiyi möcüzəvi kitab Qurani-Kərimdir. Bütün dünya, bəşər bunu qəbul eləyib. Və həmin kitabı, yəni Qurani-Kərim Allah Talanın bizim üçün peyğəmbərimizə göndərdiyi əmrdir ki, “Ey insanlar, sizdən əvvəlkilərə şamil olduğu kimi, sizə də oruc tutmaq vacib oldu”.

Oruc tutun, əməl edin, bəlkə xeyriniz olsun. Qurani-Kərimi başının üstünə qoymaq odur ki, Allah Talanın əmri bizim başımızın üstündədir.

Hansısa bir məmur bir şey deyəndə “baş üstə” deyirik. Allah tala bütün naz-neməti, aləmləri bizim üçün yaradıb ki, istifadə edib xeyrin görün və bu qaydalarla mənə qarşı gəlin.

Odur ki, Allah tərəfindən gəlmişik, Allaha da qayıdacağıq. Torpaqdan yaranmışıq, torpağa da gedəcəyik.

Yəni, bir sözlə o kitabı başımıza qoymağımızın mənası odur ki, mən müsəlmanam, Allahın buyurduğu əmrləri qəbul edirəm və bacardığım qədər çalışıram ki, onun əmrlərini yerinə yetirim. Quranda da buyurulduğu kimi, bu, mənə qarşı gəlmək üçün vasitədir”.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi