Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib » Bizim analoqumuz yoxdur!
 
  • 13:00 – Xalq artisti: "Əgər Canəli Əkbərov kimi bir sənətkar bu gün görünmürsə...." 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 
  • 22:00 – Çörək bahalaşdı 

Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

  • Tarix: 01.07.2017, 11:00,
  • Bölmə: Maraq
  • Baxılıb: 5172
Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib Dövlət Komitəsi: Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib 2017-ci ilin altı ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 6 uşaq (4 qız, 2 oğlan) övladlığa götürülüb.

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib.

O bildirib ki, uşaqlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.

Uşaqlardan 3 nəfərinin Rusiya, digərlərinin isə müvafiq olaraq Türkiyə, Almaniya və Gürcüstan vətəndaşları tərəfindən övladlığa götürüldüyünü qeyd edən Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, uşaqlar 3-6 yaş arasındadırlar.

S. Məmmədov onu da qeyd edib ki, azərbaycanlı uşaqların yaşadıqları xarici dövlət tərəfindən 3 il ərzində, ildə 2 dəfə - 6 aydan bir olmaq şərti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hesabat göndəriləcək: “Hesabatlarda uşaqların inkişaf tərzi, mühitə uyğunlaşmaları, təhsili, davranışları və s. məsələlər öz əksini tapacaq. Hesabatlarda fotoşəkillər və 15 dəqiqəlik video-çarx da yer alacaq ki, biz bu formada uşaqlara nəzarət edəcəyik”.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV