• 20:30 – "Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 

Alimlər həyacan təbili çalır-Şəkərdən istifadə etməyin

Alimlər həyacan təbili çalır-Şəkərdən istifadə etməyin
ABŞ-ın Texas Universitetinin alimləri şəkərdən sui-istifadənin xərçəngin müxtəlif növlərinin inkişafına təkan verdiyini bildiriblər. Aparılan tədqiqatların nəticəsində bəlli olub ki, şişlər qlukozanı orqanizmin bütün hissələrinə yaymaq məqsədilə istifadə edirlər.

AzərTAc Medikforum saytına istinadla xəbər verir ki, alimlər fiziki aktivlik və ya hərəkət zamanı insanın orta şəkər normasının 80 qram olduğunu müəyyən ediblər. Bu miqdara şəkərlə bərabər şəkərtərkibli və un məmulatları da aiddir.

Bundan əlavə elm adamları şəkərdən tamamilə imtina etməyin əzələ sistemi və beynin fəaliyyətinə mənfi təsir göstərəcəyi səbəbindən düzgün seçim olmadığını da bildiriblər. Şirin çayın yorğunluq, əsəbi gərginlik, baş ağriları zamanı müsbət təsir göstərdiyi də xüsusi vurğulanıb.

Eyni zamanda həkimlər onu da qeyd ediblər ki, ağır xəstəliklər, artıq çəki və passiv həyat tərzi zamanı şəkərdən sui-istifadə orqanizmə zərər verə bilər. Artıq çəkili insanların şəkəri yalnız müəyyən dozalarda istifadə etmələri gərəkdiyi bildirilib.

Şəkərin qədərindən artıq istifadəsi yaşlılarda qanda xolesterin miqdarının artmasına səbəb olur ki, bu da ürək-damar sistemi xəstəlikləri və ya şəkərli diabetlə nəticələnə bilər.


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV