Bizi izləməyi unutmayın

#Maraqlı

Xoşqədəm Hidayətqızı tamaşaçıları aldadıb

22-09-2017, 16:30 | 8162 dəfə baxılıb.

Bir neçə gün öncə “Xəzər” televiziyasında yayımlanan “Bizə danış” verilişində Masallıdan olan Şəhla Ağayeva adlı qadının öz oğlunu 20 il çox dözülməz şəraitdə, zəncirdə saxlaması ilə bağlı süjet efirə verilib.Proqramın rəhbəri Xoşqədəm Hidayətqızı ailənin yaşadığı Çaxırlı kəndinə gedərək çəkiliş edib və zəncirdə 20 il saxlandığını iddia etdiyi İbadər Rzayevi Bakıya gətirib. Anası ilə birlikdə Bilgəhdəki sanatoriyaya yerləşdirilən şəxs veriliş efirə gedəndən sonra yaxınlarının köməyi ilə oradan qaçırılıb.

Verilişdə oğlanın həbri xidmət keçdiyi, yaşının 35 olduğu deyilirdi. Və bu detallar onun 20 ildir zəncirlənmiş halda saxlanıldığı barədə deyilənlərlə uyğunsuzluq təşkil edirdi. Digər tərəfdən isə sanatoriyaya yerləşdirilən ana-balanın oradan qaçması bəzi şübhələrə səbəb olub. virtualaz.org bu məsələni araşdırıb və məlum olub ki, “zəncirlənmiş oğlan” əhvalatı da Xoşqədəmin bundan əvvəl apardığı teleproqramlardakı qurama, qəsdən dramatikləşdirilən və tamaşaçı cəlb edib insanların hissləri ilə oynayaraq reytinq qazanmağa hesablanmış əhvalatlardan biridir.

Kənd sakinlərinin bildirdiyinə görə, Şəhla Ağayevanı aldaraq verilişə çəkiblər. Qonşular deyirlər ki, qadına çəkilişin oğlunun müalicəsinə kömək etmək məqsədilə edildiyi bildirilib: “Ananı aldadıb efirə çıxarıblar ki, sənin oğlunu müalicə etdirəcəyik. Artıq bu məsələnin üzərinə icra hakimiyyəti də düşüb, yəqin ki, Xoşqədəm Hidayətqızını məhkəməyə verəcəklər. Yalandan deyirlər ki, 20 ildir ana uşağı zəncirləyir. Bu qadın oğluna çox yaxşı baxır. Onu aldadıb o cür ifadələr alıblar ki, şou yaratsınlar”, - deyə qonşular bildirirlər.

Çaxırlı kəndinin bələdiyyə sədri Vahid Cəlilov da virtualaz.org-a açıqlamasında qadın haqqında efirə gedən məlumatın yalan olduğunu bildirdi. Bələdiyyə sədrinin sözlərinə görə, İ. Rzayev əvvəllər tamamilə sağlam olub, yalnız hərbi xidmətə gedəndən sonra səhhətində problemlər yaranıb.

“Bu uşağın əvvəllər problem olmayıb. 13 il əvvəl əsgərliyə gedəndən sonra səhhətində problemlər yaranıb. Tək qalanda evi yandırır, baş götürüb gedir, harasa ziyanlıq vurur. Efirdə yalandan göstəriblər ki, guya anası onu 20 ildir ki, zəncirləyir. Zəncirlənən adamın ayağında zəncirin izi olar. Anası tək adamdır, gedir mağazadan çörək alsın, məcburdur ki, beş dəqiqə evə qayıdana kimi onu bağlasın. Bu uşaq xəstədir, müalicə olunur, polisdə də qeydiyyatdadır. Yalandan bu hadisəni şişirdib şou düzəldiblər”, - deyə bələdiyyə sədri bildirir.

Qadının aldadılaraq efirə çıxarıldığı və bundan şou düzəldildiyini icra hakimiyyətindən də təsdiqləyiblər. Masallı Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov virtualaz.org-a açıqlamasında bildirdi ki, əslində anası ruhi xəstə olan oğluna çox yaxşı baxırmış.

“Həmin veriliş şou xarakterli hazırlanıb, qadını və oğlunu kənddən Bakıya aparanda da onlara yalan məlumat verilib. Şəhla xanıma oğlunu müalicə məqsədilə Bakıya apardıqlarını deyiblər. Qadın da onların səmimiyyətinə inanıb. Oğlanı Bilgəhdə xəstəxanaya yerləşdiriblər. Anaya sonradan məlum olub ki, oğlunu müalicə etdirmək yox, telelayihə üçün gətiriblər. Ona görə də qadın qohumlarına zəng edib və onların köməyi ilə uşağı xəstəxanadan çıxarıb, rayona gətirib”, - deyə icra rəsmisi bildirir.

Ananın oğlunun ayaqlarını zəncirləməsinə gəldikdə, C.Bəşirov bildirib ki, o ruhi xəstə olduğundan evi yandırmağa cəhd etməsin deyə belə bir addım atılıb: “Valideynləri tərəfindən ona heç zaman zorakılıq edilməyib. Hətta xəstəliyini əvvəl müalicə etdiriblər. Lakin tam sağalacağı ilə bağlı həkimlər söz verməyib. Anası daim qulluğunda durur. O ailənin tək oğludur. İllər əvvəl onun ruhi dispanserə yerləşdirilməsi ilə bağlı təklif olmuşdu, anası buna qəti şəkildə qarşı çıxdı. O, övladına özü baxmaqda israrlıdır. Çəkiliş üçün gələndə də ailəni aldadıb aparıblar, oğlunu tam müalicə etdirəcəklərini deyiblər”.

Oğlanın saxlandığı yerə gəldikdə, icra nümayəndəsi ailənin yaşadığı evin də elə vəziyyətdə olduğunu deyib: “Ailə o qədər də imkanlı deyil, özlərinin də yaşadığı yer eyni vəziyyətdədir. O birbaşa edilən çəkiliş deyil. Çəkilişdən əvvəl ailə ilə danışıb, çəkilişi razılaşdırıblar. Lakin onlara bu çəkilişin uşağı müalicə etdirmək məqsədilə edildiyini deyiblər. Anaya bildiriblər ki, şənbə günü olduğundan müvəqqəti Bilgəhdəki xəstəxanaya yerləşdirilir. Həftənin 1-ci günü başqa bir xəstəxanada müalicəsini davam etdirəcəyini deyiblər. Ananın bizə verdiyi məlumata görə o, aldadıldığını xəstəxana əməkdaşlarının suallarından sonra başa düşüb. Onlar ananın oğluna yaxşı baxmadığı, zorakılıq etdiyi barədə yayılan məlumatlardan danışıblar. Bundan sonra, ana hər şeyi başa düşüb”.

Xatırladaq ki, daha əvvəl də Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə bağlı qalmaqal ortaya çıxmışdı. Verilişin kadrarxası görüntülərindən məlum olmuşdu ki, çəkilişlər zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Hətta görüntülərdən birində efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.azsiam.info Gülnar Əliyeva


Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Xoşqədəm Hidayətqızına qərəz, yoxsa populyarlığına qısqanclıq?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Xoşqədəm efirə qayıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Son xəbər---Ədalət Şükürov Xoşqədəmdən pulunu ala bilmədi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının