• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Qurd ;"Cavidan tir-tir əsirdi"

  • Tarix: 21.06.2018, 22:52,
  • Bölmə: Maraq
  • Baxılıb: 5742
Qurd ;"Cavidan tir-tir əsirdi" Qurd ;"Cavidan tir-tir əsirdi"
“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov “Yeni Müsavat”ın redaksiyasında qonaq olub.Analoq.az həmin müsahibəni təqdim edir

Suallarımıza cavab verən reper “Maşın” şouda yaşananlara aydınlıq gətirib:

- “Maşın” şouda ilk dəfə iştirak etdiniz. Təəssüratlarınız necədir?

- İllərdir ki, səhnədəyəm, tanınıram, sevilirəm, amma o şouya dəvət almırdım. Özümə də maraqlı idi ki, niyə dəvət etmirlər. Şounun öz qaydaları var. Bilirəm ki MGP-un kollektivi birlikdə qərar verir. Mən də iştirak etdim. Təəssüratlarım əla oldu. Çünki ölkənin bir nömrəli şousunda iştirak etmək xoş oldu. Çox tanınmış var ki, şouda iştirak etmək istəyir, amma ona nəsib olmur.

- Şouda iştirak etmək risklidir. Gözdən düşə də, daha çox sevilə də bilərsən.

- Şouda psixi amillər var ki, insan yorulur və daxilindəki pis nöqtələri göstərməyə başlayır. Bundan sonra o gözdən düşür. Hətta, elə insanlar var ki, maşını udmaq üçün hər yolu sınayır, gözdən düşmək onun üçün önəmli olmur. Səhvsiz insan yoxdur. Allah tərəfindən bizə verilən səbir var. Dözməlisən. Mən də diqqət edirdim ki, gözdən düşməyim. Çalışdığıma nail oldum.

- “Qurd”un strategiyası nə idi? Hansı qrupun üzvü idi?

- Strategiyam düzgün oyun aparmaq idi. Maşın ətrafı sanki meşədir. Şiri də, pələngi də, hiyləgər tülküsü də, qorxaq dovşanı da, çaqqalı da var. Mən orada canavar idim. Hədəf də ən güclünü seçdim. Oyunda da biri udar, biri uduzar. Mən 1 faizlə uduzdum. Yetərincə səs toplamışdım. İlhamə xanımın şəxsiyyətinə böyük hörmətim var. Oyunda gərək birini hədəf seçəsən. Orada zəiflər də vardı. Onları 90 faizlə udmaq mənə yaraşmazdı.

- İlhaməni hamı güclü hesab edir. Bu güc fiziki-psixoloji, yoxsa sms baxımdan idi?

- Müğənnilərin sevənləri, pərəstişkarları, aparıcıların da yaxın dostları, arxasında duranlar səs verir. Mən belə başa düşürəm. Aparıcının fanat ordusu olmur. Nadir hallarda onların fanatı olur. Məni şouda daha çox hörmət qazandım, çoxları dedi ki, səni belə tanımırdıq. Səsvermə zamanı mənə dedilər ki, hədəfini dəyiş, amma bu adım mənə yaraşmazdı. Mən məqsədimə çatmaq üçün ləyaqətimi sata bilmərəm. Hədəfimi dəyişsəydim, deyəcikdilər ki, Fərid qorxdu, özünə yaraşmayanı etdi. Əslində, yarışdan çıxanda sevindim. Həm yorulmuşdum, həm də minsifətli insanlar çox gördüm. Mənim orda olmağımı 99 faiz inan normal qarşıladı, 1 faizi isə qınadı. Səbəbini bilmirəm.

- Murad Dadaşov tez-tez deyirdi ki, kişilər qadınların qurbanı olur. Özünüzü qurban hesab edirsiniz?

- Oyunun gözəl qaydalarından biri də odur ki, hər kəs özü üçün çalışır. Qruplaşmalar isə həmişə olub, olacaq. Nadir hallarda kimsə neytral qalır və ya özünü elə göstərir. Mən heç kimin qurbanı olmadım. Qruplaşmanın qərarı ilə Cavidan Novruzu vurmalı idim, hamıya da elə demişdim. Cavidan isə pis səslənməsin, amma deyəcəyəm, tir-tir əsirdi. O bilirdi ki, məni uda bilməyəcək. Heç kim bilmirdim ki, İlhaməni seçəcəyəm. İlhamə özü də şokda idi.

- Deyilirdi ki, kamera qarşısında dava edənlər sonradan bir-birinə can deyir. Bu nə dərəcədə düzdür?

- Davaların 80 faizi gerçək idi. Bu dəfə biz Roza ilə oyun oynadıq. Roza ilə oyunu, bizim qrupu idarə edirdik, bizim qrup 8-9 nəfərdən ibarət idi. Efirdən əvvəl ayrı söhbətlər olurdu, efirdə tam başqa söhbətlər gedirdi. Real oyun efirdə başlayırdı. Roza ilə bir-birimizə can deyib, can eşidirdik. Amma elə olurdu efirdə mübahisə edirdik. Mənə görə İlhamədən sonra Aytənlə Abbas çox güclü idi, onları da sağ-sol ilə vuracaqlarını düşünürdüm. Elə də oldu.

- “Maşın” şounu qınayanlar çoxdur. Bəziləri şounu maarifləndirici layihələrlə müqayisə edir.

- Bizdə çox qəribə xasiyyət var. Bəyənmirsən niyə baxırsan? Bəyənmirsən, niyə bəyənmədiyin müğənniyə niyə qulaq asırsan? Bəziləri paxıllıqdan tənqid edir. O şouya düşə bilmir. Bəzi müğənnilər pul da təklif edir, oyuna düşə bilmir. Ora psixoloji olaraq güclü olmalısan. Ora Rahidənin yeri deyildi, söz deyən kimi ağlayırdı. Bu bir şoudur. Digər proqramlarla müqayisə edilməsi doğru deyil.

- 17 iştirakçıdan kimləri fərqli tanıyırdınız, lakin tam fərqli insan olduğunu gördünüz?

- Hüseyni fərqli tanıyırdım. Uşaqdır, məndən 12 yaş balacadır. Mənə dayı deyirdi. Pərvini də belə tanımırdım. Yaxşı tanıdım, dostlaşdıq. Murad Dadaşova təşəkkür edirəm, məsləhət olar gələn oyunlara da çağırar, gedib iştirak edərəm.

- Yarış boyu bir iştirakçı o birinə gücü çatmayanda onu illər öncə yaşadığı hadisələrlə “vururdu”. Aytən Mətanətə dedi ki, Binəqədidə bina yananda insanların qəzəbinə tuş gələn sözlər demisən. Roza İlhaməyə dedi ki, xəstə əməkdaşını işdən qovdurdun. Bu addımlar nə dərəcədə doğrudur?

- Mənə görə doğru deyil. Heç kim səhvsiz deyil. Bunlar ayıb şeylərdir. Mən bu cür addımlardan uzağam. Kimsə mənə nə isə desəydi, cavabını verərdim. Hər kəsin özünə uyğun hörməti və pərdəsi var. Mən demirəm, idealam, günahsızam. Amma mənim sərhədlərim var. Kimsə artıq söz desəydi, “Maşın”dan əlimi çəkib, onun çənəsini sındırardım. Bu hamı yaxşı bilir.

Könül,
Musavat.com

Analoq.az


скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV