• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

İşıqların sönməsiylə bağlı "Qurani-Kərimdə" nə yazılıb-Alimdən şok etiraflar

İşıqların sönməsiylə bağlı "Qurani-Kərimdə" nə yazılıb-Alimdən şok etiraflar İşıqların sönməsiylə bağlı "Qurani-Kərimdə" nə yazılıb-Alimdən şok etiraflar
"Biz hər şeyi sayıb yazmışıq". Quran, 78:29
Bildiyimiz kimi, bu gecə (3 iyul 2018) Azərbaycanda enerji böhranı baş verdiyindən, ölkənin enerji, nəqliyyat, iqtisadiyyat və s. sektorlarında çökmə baş verdi. Əhali həyəcan yaşadı...

Elmi-lədun hesablamalarımız göstərir ki, dünyada baş verən bu tip qəzalar kimi, bu qəza da təsadüfü baş verməyib. Hadisədə heyrətamiz bir riyazi qanunauyğunluq var və bu, Allahdan ciddi bir xəbərdarlıqdır!!! Bunun sübutu aşağıdakı hesablamalardan çox aşkar görünür:

1. Xatırladım ki, 27 dekabr 2016-cı il tarixdə Səngəçal qaz terminalında (enerji nəqlində) partlayış baş verdiyindən, böyük bir yanğın meydana gəldi.

Bu hadisə ölkədə həyəcan yaratdı. Burada diqqət çəkən maraqlı məqam ondan ibarətdir ki, bu gecə enerji sektorunda partlayış və yanğınlar baş verəndə, həmin qəzanın 555-ci (!) günü idi. Əvvəlki yazılarımızda da bütün qəzaların, tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını göstərmişdik (bu ədədin hikmətini bilməyənlər rəydəki linki oxusunlar).

2. Bu gecə baş verən enerji böhranının Allahdan (Qeyd edim ki, Allah Özü Ali Enerji Mənbəyidir və bütün enerjilər Ona tabedir!) bir cəza xəbərdarlığı olduğunu aşağıdakı hesablamadan da aydın görmək olur.

Daha bir analoji hadisəni yada salaq: 23 sentyabr 2012-ci il tarixdə Siyəzəndə 36 KV-luq yarımstansiyanı ilddırım vurdu və yanğın baş verdi... , bölgə qaranlığa qərq oldu... Həmin anda Hacıqabulda da yarımstansiyanı ildırım vurdu və yanğın baş verdi... bu səbəbdən Hacıqabuldan keçən bütün qatarlar gecə səhərədək yolda qaldılar. Bölgənin bütün rayonlarının yanğınsöndürənləri əraziyə cəlb olundular...

Beləliklə həmin gecə ölkənin enerji və nəqliyyat sektorunda çökmə baş verdi. Maraqlıdır ki, həmin gecə enerji sektorunda baş verən yanğınlarla, bu gecə baş verən analoji yanğınlar biri-biri ilə 555 (!) ədədi altında bağlanır. Belə ki, hadisələr 1110 gün fərqlə baş vermişdir ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınar və ölkəmizə bəla gələcəyi haqda verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir:

1110 – 555 = 555

3. Daha bir analoi hadisə Tacikstanda baş vermişdi. Belə ki, 9 dekabr 2016-cı il tarixdə Tacikstanın enerji sektoru çökdüyündən, ölkə qaranlığa qərq oldu. Maraqlıdır ki, bu gecə ölkəmizdə analoji hadisə baş verdi. Burada diqqətimizi belə bir məqam cəlb edir ki, hadisələr 572 gün fərqlə baş vermişdir. Bundan, Quranın kodu (səhifələrinin sayı) olan 286 ədədini çıxsaq, yenə də 286 ədədi alınır və hadisənin Allah tərəfindən gözlənilən böyük bəlanın xəbərdarlığı olduğunu bir daha sübut edir:

572 – 286 = 286

(286 ədədinin sirləri barədə rəydəki linkdən oxuya bilərsiz.)

4. Elmi-lədun araşdırmalarımız göstərir ki, Azərbaycanda bu gecə baş verən enerji həyəcanı, əvvəl baş verən zəlzələ həyacanı ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, keçən ilin 15 noyabrında ölkənin hər yerində həyəcan yaradan 6 bal zəlzələ baş verdi. Respublikada baş verən bu iki həyacan arasında 228 gün fərq vardır ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxdıqda, yenə də surələrin sayı olan 114 ədədi alınır və hər iki hadisənin əlaqəli olduğu, Allahdan gələn böyük bəlların xəbərdarlığı olduğunu bir daha sübut edir:

228 – 114 = 114

5. Hesablamalarımız göstərir ki, bu gecə baş verən enerji xəbərdarlığı, astronomik xəbərdarlıq olan Ay tutulması ilə də riyazi yolla bağlanır.
19 oktyabr 2013-cü il tarixli Ay tutulması çoxlarınızın yadındadır (həmin tarixdə ölkədə halallıq və düzgünlük olacağı barədə dövlət səviyyəsində Qurana əl basılmışdı). Bu gecə ölkəmizdə enerji və digər sektorlar çökəndə, həmin tutulmanın 1716-cı günüdür, ki bu da Quranın kodu olan 286-nın altı mislidir:

1716 – 286 – 286 – 286 – 286 – 286 = 286

Astronomik hadisələri təhlil edən yazımızda bir məqamı vurğulamışdıq ki, bütün astronomik hadisələr 286 ədədinin üç misli olan 858 ədədi altında təkrarlanır (bu barədə cədvəllərə rəydə bax). Elə isə: 1716 – 858 = 858

Oxucunu yormamaq üçün hesablamaları çox davam etdirmirəm. Onu da vurğulamaq istəyirəm ki, bu gecə baş verən hadisədə çox məqamlar var. Onlardan bəzilərini şərh etdik, digərlərini isə, daha sonra (məqamı çatanda) şərh edəcəyik.

Bütün bu və digər hesablamalar göstərir ki, Azərbaycanın başı üzərində böyük bir bəla fırlanmaqdadır. Allah cəzalandırmazdan öncə xəbərdarlıq göndərir. Baş vrən enerji böhranı da vəzifəsindən aslı olmayaraq millətimizə bir xəbərdarlqdır:

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16

Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV