• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

Bakcellin əməkdaşı qanun pozuntusuna yol verdi-Bakcellin digər əməkdaşı isə bu qanun pozuntusuna haqq qazandırır

  • Tarix: 13.07.2018, 11:36,
  • Bölmə: Maraq
  • Baxılıb: 5284
Bakcellin əməkdaşı qanun pozuntusuna yol verdi-Bakcellin digər əməkdaşı isə bu qanun pozuntusuna haqq qazandırır Bakcellin əməkdaşı qanun pozuntusuna yol verdi-Bakcellin digər əməkdaşı isə bu qanun pozuntusuna haqq qazandırır
Analoq.az saytının baş redaktoru, jurnalist Savalan Talıblı redaksiyamıza müraciət edərək bildirib ki; 12 iyul 2018-ci il tarixində Bakcell, biznes 15 tarifində olan gold nömrə almaq üçün Bakcellin Əhmədli metrosu yaxınlığında yerləşən müştəri xidmətlərinə müraciət etdib.

“Yenigundem” e müraciət edən Savalan Talıblı bildirir ki, Müştəri xidmətinin əməkdaşı, operator xanım müraciəti ilə bağlı 4 müxtəlif seriyalı nömrəni qeydiyyatdan keçirəndən sonra bildirdi ki, 4 nömrə üçün 60 manat ödəniş etməlisiniz. (Qeyd edim ki, hər nömrənin aylığı üçün 15 manat nəzərdə tutulur). Həmin xanıma bildirdim ki, mən bu 4 nömrəni istifadə etmək üçün yaxın qohumlarıma verəcəm. Onlar da istifadə etmək üçün özləri nömrənin balansına pul qoyacaqlar. – Mən nömrələri onlara verəndə özləri balansı artıracaq. Xanım bildirdi ki, xeyr, nömrəyə pul bu an qoyulmalıdır. Mən isə bildirdim ki, əgər elədirsə mən istəmirəm və bu nömrələri almaqdan imtina edirəm. Xanım şəxsiyyət vəsiqəmi ona aid olan masanın üzərindən götürüb öz seyfinə qoyaraq dedi ki, nə zaman pulu ödəyərsiniz, sənədinizi o zaman verərəm.

Onu da nəzərinizə yetirim ki, həmin an mənim Bakcellə heç bir müqaviləm olmayıb və heç bir sənədə imza atmamışam. Sadəcə olaraq operator xanım mənə nömrələri təqdim etdi. Lakin Bakcell əməkdaşıyla aramızda yaranan anlaşılmazlığa görə mən nömrələri almaqdan imtina etdim.

Bu barədə Bakcell müştəri xidmətlərinə, 555 qısa nömrəsinə zəng edib məlumat verdim. Aytən Həsənova adlı operatora sual verdim ki, müştəri nömrərini almaqdan imtina edirsə, şəxsiyyət vəsiqəsini müştəri xidmətlərində operator xanımın almağa ixtiyarı varmı? Borca görə belə olsa, şəxsiyyət vəsiqəsini almaq, girov saxlamaq qanuna ziddir. 555 qısa nömrəsindən cavab verən Aytən Həsənova bildirdi ki, bəli, Bakcell səlahiyyət verməsə, o xanım sizin sənədi almazdı. Buradan açıq-aydın görünür ki, Bakcell müştərilərinə xidmət edən Aytən Həsənova Azərbaycan Respublikasının qanunlarından xəbərsizdir. Və xəbərsiz olduğu halda, Əhmədlidə yerləşən müştəri xidmətinin operatorunu müdafiə edir.

12 iyul tarixində mənə Bakcellin Ceyhun adlı əməkdaşı zəng edib məsələni araşdıracağına və həmin operatorun qanuna zidd hərəkətinə görə cəzalanmasıyla bağlı məlumat versə də, hələ heç bir məlumat yoxdur.

Bakcell böyük bir şirkət kimi ölkəmizdə mobil rabitəni təmir edirsə, ən azından müştəri məmnuniyyətini də nəzərə almalı və qanunlarımıza hörmət etməlidir – deyən Savalan Talıblı nitqini belə tamamlayıb. Jurnalist həmçinin saytımıza verdiyi məlumatda bildirib ki, bu qanun pozuntusuna görə, Baş Prokurora və Daxili İşlər Nazirinə də müraciət ünvanlayacaq.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur və Bakcellin əməkdaşı açıq-aydın qanun pozuntusuna yol verib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV