Naxçıvan-Batumi-Naxçıvan avtobus reysi açıldı



Naxçıvan-Batumi-Naxçıvan avtobus reysi açıldıFevralın 20-də Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb. İlk marşrut həmin gün saat 7:30-da Naxçıvan şəhər avtovağzalından yola düşüb.
AZƏRTAC xəbər verir ki, avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə, Batumi şəhərinə hərəkət edəcək.
Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, nəqliyyat sektoru da dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində avtovağzallar, dövlət və yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulub, beynəlxalq avtobus reysləri və aviareyslər fəaliyyətə başlayıb. Naxçıvan-Batumi-Naxçıvan avtobus marşrutunun fəaliyyətə başlaması da görülən tədbirlərin davamıdır.

Bir nəfər üçün gediş qiyməti 27 manatdır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi