Bir kişi nə qədər çarəsiz, nə qədər əlacsız olmalıdır belə bir qadına tamah salsın...



Əvvəl evdən çıxan kimi birbaşa Elmlər Akademiyası metrosuna gedərdim, oralarda heç bir işim olmasa da, sanki, vərdiş eləmişdim, gündə bir dəfə Akademiyanın parkında, onun həndəvərində gəzib-dolaşmasam, elə bilirdim həmin günü yaşamamışam. O yerləri çox istəyirdim, çünki doğrudan da inanırdım. Hətta Akademiyanın qarşısındakı parkda civildəşən quşlara da inanırdım, baxdıqca içim rahatlaşırdı, göyərçinlərə dən tökdükcə əsəbilərim sakitləşirdi. Hər şey mənə doğma gəlirdi. Həm də fikirləşirdim ki, böyük bir elm ocağıdır, ad-sanı var, kimsə məni o binanın yaxınında görüb-eləsə istər-istəməz hörmətim artar. Qocaman elm adamları, alimlər ağacların arasında gəzişir, sən də uzaqdan onlara baxıb fəxr edirsən, qürur hissi keçirirsən. Hələ ağlı kəsməyən və gələcəyə böyük ümidlərlə baxan bir yeniyetmə üçün necə də gözəl hisslərdir, elə deyilmi?

Sonralar isə yaşımın üstə yaş gəldi, bir az təcrübəm artdı, gözüm açıldı və bütün savadı, elmi biliyi, dünyagörüşü, təfəkkürünün gücü sadəcə, iki eşşəyin arpasını bölməyə çatan adamların elmlər doktoru, professor, alim olduğunu görəndə və gələcəkdə onların da qocaman elm adamları kimi ağacların arasında gəzişəcəyini təsəvvür eləyəndə o yerlərdən xeyli küsdüm, incidim. Öz övladıma, dostlarımın balalarına, onların gələcəyinə yazığım gəldi. Bundan sonra o parkın böyür-başında əvvəlki kimi eşqlə, məhəbbətlə gəzib-dolaşa bilməzdim, çünki inamım sarsılmışdı. Çünki elmimizin içini görmüşdüm, elmimizin başına daş salan adamları tanımışdım, hoqqalardan, 2-3 minə yazdırılmış dissertasiyalardan, plagiat elmi işlərdən xəbərdar olmuşdum və get-gedə məndə elə bir vəziyyət yaranmışdı ki, hər dəfə elm sözünü eşidəndə başım öz-özünə yırğalanmağa başlayırdı.

Beləcə Elmlər Akademiyası metrosundan aralandım və Nərimanov parkına dadandım. Bu park Nəriman Nərimanov metrosunun düz yanında yerləşir. Azərbaycanın bəxti gətirməyən nə qədər şair, yazıçı varsa, hamısını o parkda tapmaq mümkündür. Ucuzluqdur deyə yığışıb orda çay içir, araq vurur, bir-birlərinə yazılarını oxuyurlar, sonra da sərxoş olub alın yazılarını söyürlər.

Nərimanov parkının qəribə bir mənzərəsi var, bir başında balaca uşaqlar oynayır, o biri başında qocalar nərd atır. Sanki, bu başında həyata gəlirsən, o biri başında həyatdan gedirsən. Parkın ağaclarının arasında isə sroku keçmiş fahişələr özlərini 3-5 manata satmaqla məşğuldur. Hətta bildiyimə görə nisiyə də verirlər. Bu barədə mətbuatda dəfələrlə yazılar çıxıb, reportajlar gedib. Ancaq xeyri yoxdur, qadınlar özlərini çörəkpuluna satmaqda çox israrlıdırlar və görünən budur ki, onların o boyda Nəriman Nərimanovun ürəyinin başında əxlaqsızlıqla məşğul olmasında maraqlı olan insanlar var.

Professor olmaq istəyən bir adam 2-3 min manat verib özünə elmi iş yazdırdığı kimi, öz cinsi ehtiyaclarını ödəmək istəyən kişilər də 2-3 manat verib Nərimanov parkına çörəkpuluna çıxan qadınları hansısa bir kol dibinə aparır, dadına baxıb qurtarandan sonra isə yenidən iş başına qayıdır, skamiyalarda əyləşib yarımçıq qalmış semiçkalarını çıtlamağa başlayırlar. İnanın, mənim o qadınlardan daha çox onlara tamah salan kişilərə yazığım gəlir. Çünki o qadınların üzünə, yerişinə baxanda barmağını boğazına salıb yediyini qaytarmaq istəyirsən. Bir kişi nə qədər çarəsiz, nə qədər əlacsız olmalıdır ki, belə bir sifətə, belə bir baxışa, belə bir vücuda baxıb ehtiraslansın.

Nədənsə, mənə elə gəldi ki, alim olmaya-olmaya 2-3 min verib özünə elmi iş yazıdıran professorlarla 2-3 manat verib hansısa kol dibində azarını öldürən yanıxların biri-birindən heç bir fərqi yoxdur. Yox, səhv elədim. Çox böyük fərqi var.

Əmin olun ki, bu cür professorlar, bu cür alimlər, bu cür müəllimlər Nərimanovun fahişələrindən daha təhlükəli əxlaqsızdırlar. Çünki Nərimanovun fahişələri öz bədənlərini satır və olsa-olsa özlərinə ziyan vururlar, ancaq elmimizin fahişələri vətənimizə, dövlətimizə, millətimizə, mənəviyyatımıza, gələcəyimizə ziyan vurur. Və ən təsirlisi də odur ki, Nərimanovun fahişlərini zərərsizləşdirmək bircə dəqiqənin işidir, ancaq görünən budur ki, elmimizin fahişlərini zərərsizləşdirmək mümkün deyil.
Kəramət Böyükçöl

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Buy 125 Mcg Synthroid No Prescription Cialis Achat Generic Sildenafil Citrate For Sale http://xbmeds.com Hytrin Gsc.Tab 0 Choisir Clomid